"Müxalifətçilik fəaliyyəti müharibəyə görə kənara qoyulub, siyasi fəaliyyət davam edir"

10:53 15-10-2020 | icon 434 | Siyasət
"Müxalifətçilik fəaliyyəti müharibəyə görə kənara qoyulub, siyasi fəaliyyət davam edir"

Fuad Əliyev: "Vətən müharibəsinə mümkün olan dəstəyimizi verməyə çalışırıq"

 

Sentyabrın 27-dən Azərbaycan xalqı, ordusu Vətən müharibəsi aparır. Xalq-dövlət, xalq-iqtidar birliyi heç vaxt görünməmiş səviyyəyə çatıb. Hətta hakimiyyətə qarşı müxalifət mövqeyində olan partiyalar belə, vətən müharibəsində siyasi mövqeni arxa plana keçiriblər.

 

Müharibə dövründə müxalifət partiyaları necə çalışır?

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”ın bu sualına cavab olaraq bildirib ki, müxalifətçilik fəaliyyətini müharibəyə görə kənara qoyublar. Siyasi fəaliyyət davam edir:

 

“Fəaliyyətimizi daha da gücləndirmişik. Partiyamız xaricdə əməkdaşlıq etdiyimiz partiyalara Azərbaycanın haqq işi ilə bağlı məlumatlar verib, onları Azərbaycanın haqq işini müdafiə etməyə çağırmışıq. Bu cür addımlarımız davam edir. ALDP orduya dəstək olaraq təşviqat videoçarxı hazırlayıb və sosial şəbəkələrdə paylaşıb. Vətən müharibəsinə mümkün olan dəstəyimizi verməyə çalışırıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr