"Bunlar qeyri-obyektiv və satılmış mətbuatdır"

11:59 16-10-2020 | icon 679 | Siyasət
"Bunlar qeyri-obyektiv və satılmış mətbuatdır"

Əliməmməd Nuriyev: “Azərbaycanlılar Rusiya siyasətinə təsir edən proseslərdə iştirak etməlidir”

 

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı, müharibə siyasəti paralel olaraq  son günlərdə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin, xüsusən də Rusiyanın televiziya kanallarında anti-Azərbaycan təbliğatı ilə davam edir.

 

Bu gün Rusiya mediası Rusiya TV kanallarının Azərbaycan həqiqətlərini pərdələyərək işğalçıya ayaq verməsi cinayət tərkibli seqmentləri ilə diqqət çəkir. Versus.Az xəbər verir ki, Konstitusiya Araşdırmaları Mərkəzinin sədri Əliməmməd Nuriyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Əliməmməd bəy, bu gün Rusiya televiziya kanallarının, mətbuatının apardığı anti-Azərbaycan təbliğatının önündə kimlər dayanır və məqsədləri nədir?

 

- Rusiyanın kütləvi informasiya vasitələrində anti-Azərbaycan çıxışları mütəmadi baş verir. Hazırki şəraitdə bu daha da şiddətlənib. Çünki həmin media mənsublarının kimə məxsus olduğu aydındır. Rusiya ictimaiyyətində də yaxşı bilirlər ki, hansı mətbuat satılıb. Əksəriyyəti erməni millətçilərinin əlindədir. Əgər həmin kanalların sahiblərini araşdırsaq görəcəyik ki, hər birində erməni mənşəli şəxslər çoxluq təşkil edir. Rusiya mətbuatının əksəriyyəti, elə RT-Marqarita Simonyandan tutmuş, 1-ci kanal, NTV kanalı və digər kanallar tam olaraq ermənilərin əlindədir və yaxud da onlar hansısa erməni oliqarxlarına satılıblar. Biz bunu Vladimir Solovyovun verilişində xüsusilə görürük. Faşist təfəkkürlü Solovyov növbəti dəfə mağara, erməni faşist düşüncəsi ilə Rossiya 1 kanalı vasitəsilə şovinist qrupla birlikdə üfunətli fikirlər irəli surərək ölkəmizə müdaxiləyə başlamagı təklif edir. Rusiya rəsmləri görəsən nə vaxta kimi bu nasist təfəkkürlü şəxsə efir verməklə bütün xalqları və dövlətləri Rusiyaya qarşı qaldırmaga imkan verəcək?!

Solovyov qatı anti-azərbaycan mövqeyindən çıxış edir və o, ermənilərin əlində istifadə olunan alətlərdən biridir. Onun hazırladığı verilişlərin nə Rusiya xalqına aidiyyatı var, nə də bir xeyri. Baxın, onun bu qəbildən olan verilişlərində Koren Şahnazarov kimi erməni politoloqları çıxış edirlər. Çox az halda kimsə real mövqedən çıxış edir ki, bu da guya balans yaratmaq məqsədi ilə edilir.

Hesab edirəm ki, Rusiya KİV-ində aparılan anti-azərbaycan çıxışlar Rusiyadakı bəzi imperialist dairələrin fəaliyyəti ilə də bağlıdır. Lakin Rusiyanın bir çox ziyalıları, rus xalqı çox yaxşı başa düşür ki, bunlar qeyri -obyektiv və satılmış mətbuatdır və belə verilişlərə baxmadıqlarını yazırlar.

 

- Azərbaycana qarşı əks təbliğat aparan, Azərbaycanın ərazi bütövlüyünə özünün əks təşviqatları ilə kölgə salan xarici media qurumlarına qanunla necə cavab verilməlidir?

 

- Əgər bunlar satılıbsa, yaxud erməni oliqarxların diqtəsi ilə hərəkət edirlərsə, onların mövqelərini dəyişmək qeyri-mümkündür. Çünki onlar buna görə aidiyyatı qurumlara müvafiq hesabatlar verirlər. Ölkə Prezidenti də özünün çıxışlarında, “Qlobal xəbər”də, “TRT” xəbərdə, hətta Rusiyanın kanallarına verdiyi müsahibələrdə bildirmişdi ki, Rusiyanın kütləvi informasiya vasitələrində birtərəfli qaydada anti -Azərbaycan təbliğatı gedir. Bəzi hallarda o qədər həyasızlığa varırlar ki, Azərbaycan xalqını, rəhbərini də təhqir etməkdən çəkinmirlər. Bütün bunlar hamısı xalqımızda Rusiyaya qarşı nifrət hissi yaradır. Azərbaycanın Baş Prokurorluğu nifrət yaradan, nifrəti təşviq edən çıxışların qarşısının alınması ilə bağlı  Rusiyanın baş prokurorluğuna müraciət etmişdir.

Amma görürük ki, Rusiyanın həm erməni əsilli oliqarxları, həm də Müdafiə Nazirliyində olan satılmış insanlar hətta terrorçu Ermənistanı atəşkəs dövründə belə silahlandırır. Biz bunun şahidi olduq. Biz 10-larla hərbi təyyarələrin Ermənistana silah daşıdığını görürük. Hətta mülki təyyarələrdə silah daşınmanın şahidi oluruq. Ermənistan bu silahları Rusiyadan alır. Həmsədr dövlət olan Rusiya Ermənistana ciddi surətdə təsir edib işğalçı qoşunların ərazilərimizdən çıxarılmasına nail ola bilər. Biz nə 30 il bundan əvvəl bunun şahidi olduq, nə də indi şahidi oluruq. Yenə də beynəlxalq aləmdə işğala məruz qalan dövlətlə işğalçı arasında bərabərlik işarəsi qoyurlar. Biz torpaqlarımızı işğaldan azad etməyə çalışırıq və erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxmasını təkid edirik. Həm də bütövlükdə regionda təcavüzün nəticələrinin aradan qaldırılması üçün beynəlxalq ədalətin bərpa olunmasını istəyirik. Bunun üçün Azərbaycan ordusu öz sözünü deyir, lakin dünya ictimaiyəti, eləcə də sülhsevər xalqlar bu məsələdə haqq səsimizi dəstəkləməlidir.

Baxaq görək, ümumiyyətlə Ermənistanda nə qədər rus yaşayır. Ermənistanda başqa millətdən olan xalq qalıbmı?!. Ermənistan monoetnik ölkəyə çevrilib. Bu gün Azərbaycanda 120 mindən artıq rus millətindən olan soydaşımız yaşıyır. Rus icması da bununla bağlı öz fikirlərini Rusiyanın rəsmi qurumlarına bildirməkdədir. Son vaxtlar biz belə çıxışların şahidi olmaqdayıq. İsmayıllıda İvanovkada və digər rayonlarımızda yaşayan rus vətəndaşları Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesində iştiarak edirlər. Onlar işğalçılara qarşı çıxırlar. Amma Rusiyada olan o satqınlar, faşist təmaüllü, uşaqların qatili olan insanlar abırsızcasına anti-Azərbaycan ritorikasını təbliğ etməyə çalışırlar. Solovyovun Azərbaycana qarşı nifrət oyatması ilə bağlı da ayrıca cinayət işi qaldırılmalıdır. Azərbaycanın müvafiq qurumları bu məsələni Rusiyanın müvafiq qurumlarına çatdırmalıdır. Sosial şəbəkələrdə geniş kampaniyalar aparmalıyıq, Solovyov –“uşaq qatili”, “terrorizmi maliyyələşdirən adam” həştəqləri ilə paylaşılmalıdır.

 

- Rusiyada yaşayan soydaşlarımız, diasporamız mediada gedən bu cür yanlış xəbərlərə, məlumatlara, anti-azərbaycan təbliğatına qarşı hansı şəkildə öz etirazını sərgiləyir?

 

- Rusiyada yaşayan soydaşlarımız bu prosesə daha aktiv daxil olmalıdır. Bu gün Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Onlar həmin ölkənin vətəndaşlarıdır. Biz bu vətəndaşların proseslərdə iştirak etməsini təşkil etməliyik. Bu istiqamətdə Rusiyadakı diasporamız ciddi şəkildə çalışmalıdır. Bizim Rusiyanın bir çox ekspertləri ilə əlaqələrimiz var, onlar da bu istiqamətdə aktiv iştirak etməlidir.

Bu gün bizim bir sıra ekspertlər var ki, Rusiya kanallarında çıxış edirlər və sonra onlara qarşı total hücumlar başlanır. Rusiyanın əsl maraqlarını bu insanlar qoruyurlar. Amma Solovyov, Şahnazarov, Marqarita kimiləri Rusiya-Azərbaycan münasibətlərini pozmaqdan başqa heç nə etmirlər.

 

- Əliməmməd bəy, niyə hələ də kiminlə üz-üzə dayandığımızı dərk edə bilməmişik?

 

- Bəli bu gün bizim diasporanın Rusiyadakı fəaliyyəti çox zəifdir. Biz onların səslərini eşidə bilmirik. Hər kəsin daxilində bir vətən yanğısı olmalıdır. Bizim əsgərlərimiz çox rəşadətlə döyüşür, xalqımız ordunun yanındadır. Heç kəs evini tərk eləmir. Xalq bir yumruq kimi Ali Baş komandanın rəhbərliyi altında birləşmişdir. Bu gün bütün Azərbaycanın seqmentləri, istər müxalifət olsun, istər iqtidar hamı bir yerə vurur. Azərbaycan möhtəşəm bir birlik modelini tətbiq etdi. Belə bir birlik olmamışdı. Düşünürəm ki, bu məqamda Rusiyada və digər ölkələrdə yaşayan soydaşlarımız da bu prosesi özünün fəaliyyətində tətbiq etməli, müxtəlif tədbirlərdə iştirak etməlidirlər. Baxın, bu gün ermənilər terrorizmi maliyyələşdirmək üçün vəsaitlər toplayırlar. Bizim xaricdə yaşayan azərbaycanlı soydaşlarımız da bu prosesin başlanması ilə bağlı düşünməlidirlər. Bu gün Ermənistan terroru nəticəsində Gəncədə, Mingəçevirdə və digər rayonlarımızda baş verən dağıntıların, insanlara dəyən zərərin aradan qaldırılması, şəhid ailələrinə, qazilərə dəstək naminə belə bir yardım fondları aktivləşməlidir. Xaricdə yaşayan azərbaycanlılar da bilməldir ki, Azərbaycan dövləti olmasa, inkişaf etməsə, özünün müstəqilliyini bərpa etməsə, heç bir azərbaycanlıya yaşadığı ölkədə hörmətlə yanaşılmayacaq. Çünki Azərbaycan dövləti həm də bütün dünyada yaşayan azərbaycanlıların yeganə müdafiə mənbəyidir. Bu baxımdan da Azərbaycanı düşünmək lazımdır.

 

- Belə bir vaxtda rus xalqı ilə birlikdə Azərbaycanın haqq işinin müdafiəsi baxımından hansı işlər aparılır?

 

- Bizim rus xalqı ilə illərdir ortaq dəyərlərimiz var. Rus xalqı ilə bizim münasibətlər yüksək səviyyədədir. Problem siyasi-ictimai rəsmilərin mənfur niyyətləri ilə bağlıdır. Düşünürəm ki, biz rus xalqına müraciətlər etməklə bu yalan təbliğatın qarşısını ala bilərik. Çünki ruslar özləri görürlər ki, Azərbaycanda 300-dən artıq rus dili məktəbi var, rus sektorları var, Rusiyanın ayrı-ayrı ali məktəblərinin ölkəmizdə filialları var. Eyni zamanda Rusiyanın ziyalıları da ermənilərə münasibətdə çox aydın şəkildə fikirlərini ifadə etmişdilər.

Rusiya Qarabağ məsələsində Azərbaycan torpaqların işğal olunmasında beynəlxalq hüququn tələb etdiyi tələbləri ifadə etsəydi, Azərbaycanın dostu olar. Bu, Cənubi Qafqazda Türkiyə-Rusiya münasibətlərinin daha da genişlənməsinə gətirib çıxarardı. Erməni məkri ilə çıxış edən siyasilər Rusiya-Türkiyə münasibətlərinin korlanmasına yönələn böyük metaforlar səsləndirirlər. Ermənilər başa düşür ki, Rusiya ilə Türkiyə arasında münasibətlər yaxşı olacaqsa, bu coğrafiyada münasibətlərin xeyli dərəcədə inkişafına təsir edəcək. Rusiya bizim qonşudur, amma Azərbaycanın ərazi bütövlüyünün qorunması hər şeydən üstündür və bu gün Azərbaycan bu yolda addımlayır. Kimin nə deməsindən asılı olmayaraq o, öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan xalqı Ali Baş Komandanın yanındadır və ordumuz torpaqlarımzın işğaldan azad edilməsi istiqamətində hərəkət edir. İnanıram ki, Azərbaycan xalqı Cənubi Qafqazda sülhə töhfə verən ən böyük xalqlardan biri kimi olaraq seviləcək. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr