“Prezidentin müsahibələri informasiya savaşımızın parlaq səhifələridir”

13:06 16-10-2020 | icon 403 | Siyasət
“Prezidentin müsahibələri informasiya savaşımızın parlaq səhifələridir”

Əlisahib Hüseynov: “O, faktlara istinad edərək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır”

 

“Prezident İlham Əliyevin dünyaca məşhur “Əl Cəzirə”, “Əl Ərəbiyyə” telekanallarına, habelə qardaş Türkiyənin “TRT Haber”, “Haber Global”,“Habertürk”, NTV televiziya kanallarına, Rusiyanın “Rossiya 1”, “RBK” kanallarına, “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi media qrupunun baş direktoru Dmitri Kiselyova, Fransanın məşhur “France 24” kanalına verdiyi müsahibələri informasiya savaşımızın parlaq səhifələri kimi dəyərləndirirəm. Çünki cənab Prezidentin xarici KİV-lərə verdiyi müsahibələr və açıqlamalar son günlər ermənilər tərəfindən bütün dünyada bizə qarşı aparılan fəal dezinformasiya, saxta “xəbər” kampaniyasını durdurmaq, zərərsizləşdirmək baxımından çox mühüm rol oynayır.



Versus.Az xəbər verir ki, bunu ölkə başçısının xarici televiziyalara verdiyi müsahibələrlə bağlı açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

MHP sədri vurğulayıb ki, Prezident erməni yalanlarını, “feyk-nyus”larını çox məharətlə ifşa edir:

 

“Bildiyiniz kimi 21-ci əsr mediası feyk xəbərlərin bolluğundan əziyyət çəkir. Saxta xəbərlər yaymaq, məlumatlar paylaşmaq medianın etik

prinsiplərinə və ümumiyyətlə insanlıq meyarlarına hər nə qədər zidd olsa da, lakin dünyada bəzi təşkilatlar və ölkələr bu cür “xəbər” siyasətindən geniş şəkildə istifadə edir. İşğalçı Ermənistan da həmin ölkələr sırasındadır. Bu ölkənin bütün KİV-ləri, siyasətçiləri, rəsmi sözçüləri, blogerləri son günlər total şəkildə xəbər saxtakarlığı ilə məşğuldur. Və ölkəmizə qarşı, Ordumuza qarşı, Ali Baş Komandanımıza qarşı bu çirkin qaralama kampaniyasına, “feyk-nyus” istehsalına bilavasitə Ermənistanın Baş naziri Nikol Paşinyanın özü başçılıq edir. Adam bütün dünya KİV-lərinə müsahibələrində durmadan yalan danışır, həqiqətləri qərəzli şəkildə təhrif edir, Azərbaycanı günahkar qismində təqdim etməyə çalışır. Lakin onun bu yalanları, bu alçaq qara propaqanda siyasəti işləmir, arzuolunan nəticələri vermir. Məşhur deyimdəki kimi, yalan ayaq tutur, amma yerimir”.



Ə.Hüseynovun fikrincə, erməni yalanlarının qarşısında çox ciddi bir maneə, aşılmaz bir baryer var. Onun sözlərinə görə, bu maneəni Azərbaycan Prezidentinin müsahibələri, açıqlamaları formalaşdırır:

 

“Təsəvvür edirsinizmi, bütün dünya miqyasında ermənilərə məxsus media quruluşları və ermənipərəst xarici KİV-lər tərəfindən İkinci Qarabağ Müharibəsinin davam etdiyi bu son günlərdə Azərbaycana qarşı misli görünməmiş bir həyasızlıqla təhrifetmə, yalan məlumatlandırma kampaniyası aparılır, lakin bununla belə düşmən tərəf yenə də Azərbaycan Prezidentinin çox ciddi dəlillərə, əks-arqumentlərə söykənərək erməni yalanlarını cəsarətlə ifşa etməsinin qarşısında aciz qalır. İlham Əliyyev hər müsahibəsində beynəlxalq hüquq normalarına və ordumuzun əldə etdiyi uğurlara əsaslanaraq Azərbaycanın haqq işi ilə bağlı tutarlı mövqe ortaya qoyur. Odur ki, artıq ermənilərin yalan “maşın”ı işləmir. Dünya birliyi və eləcə də Ermənistan ictimaiyyəti Qarabağ müharibəsinin həqiqətləri erməni KİV-lərindən yox, birbaşa Azərbaycan Prezidentinin özündən öyrənməyə üstünlük verir. Artıq sıravi ermənilər də öz KİV-lərinə və Baş nazirin sözlərinə inanmırlar.

Paşinyanın müsahibələrinin nə dərəcədə uğursuz və sönük olması göz qabağındadır. Onun ingilis və rus dillərində normal səviyyədə danışa bilməməsi də hazırki anda ermənilərin əleyhinə işləyir. Ancaq Azərbaycan Prezidenti isə tutarlı və danılmaz faktlara istinad edərək Azərbaycanın haqlı mövqeyini
dünyaya çatdırır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr