"Ermənistan Cənubi Qafqazın Avropa ailəsinin bir üzvü olmasında ən böyük əngəl və maneədir"
İqbal Ağazadə: "Azərbaycana yardım etməlidirlər, əks təqdirdə, kimsəyə nə demokratiya, nə də humanizm dərsi keçməyə qalxmasınlar"
"BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, İslam ölkələri təşkilatı, aparıcı dünya dövlətləri Ermənistanın bu gecə Gəncəyə raket atəşini qətiyyətlə pisləməklə yanaşı, Azərbaycanın apardığı anti-terror əməliyyatını açıq və qeyri-şərtsiz dəstəkləməlidirlər".
Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında Ümid Partiyasının sədri İqbal Ağazadə yazıb.
Partiya sədri bildirib ki, Ermənistan Cənubi Qafqazın Avropa ailəsinin bir üzvü olmasında ən böyük əngəl və maneədir:
"Azərbaycanın haqq işini durdurmaq istəyən ayrı-ayrı dövlətlər, atəşkəsə səsləyən tərəflər Ermənistanın bu cinayətindən sonra mövqelərini korrektə etməli, terrorçu rejimin və havadarlarının durdurulması üçün Azərbaycana yardım etməlidirlər. Əks təqdirdə, kimsəyə nə demokratiya, nə də humanizm dərsi keçməyə qalxmasınlar".
İqbal Ağazadə bu savaşda hər kəsin kimlərə və hansı məqsədlərə xidmət etdiyinin bir daha göründüyünü vurğulayıb:
"Birliyimizi, təmkinimizi qorumalı, daha sıx birləşməliyik. Azərbaycan bu davadan qalib çıxmalıdır.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Allah şəhidlərimizə rəhmət, yaralılarımıza acil şəfa versin!"
SEVDA
Versus.Az