"Həyəsızcasına deyir ki, siz Dağlıq Qarabağın qondarma rejimi ilə vuruşursunuz"

11:39 19-10-2020 | icon 789 | Siyasət
"Həyəsızcasına deyir ki, siz Dağlıq Qarabağın qondarma rejimi ilə vuruşursunuz"

Razi Nurullayev: "Paşinyan, sən artıq hərbi cinayətkarsan, dilinə güc vermə"

 

"Mən həyatımda belə həyasız və yalançı insanlar görməmişəm. Çox həyasızlıq edirlər. Özləri 4-5 milyard dollar həcmində pulsuz silahlarla təchiz ediliblər, ölkəmizin torpaqlarını işğal edib qondarma ikinci erməni dövləti yaradıblar, "atəşkəs"i "atəş" kimi qavrayırlar, hələ bir hədə-qorxu da gəlirlər".

 
 
Versus.Az xəbər verir ki, bunu Ermənistanın prezidenti Armen Sərkisyanın və baş naziri Nikol Paşinyanın müsahibə və açıqlamalarındakı sərsəmləmələrə hiddətlənən Milli Cəbhə Partiyasının (MHP) sədri, millət vəkili Razi Nurullayev "facebook" hesabındakı paylaşımında bildirib.
 
 
Millət vəkili vurğulayıb ki, bu uşaq qatili olan Nikol deyib ki, Ermənistan ərazisinə keçsəniz, bizə bomba atsanız, Kollektiv Təhülkəsizlik Müqavilə Təşkilatına deyəcəm ki, bizi müdafiə etsinlər:
 
 
"Amma alçağın özü Ermənistan ərazisindən şəhərlərimizə raket atır, uşaqları, günahsız vətəndaşları öldürür. Həyasızlığın kubu budur ki, bu alçaq deyir ki, siz Dağlıq Qarabağın qondarma rejimi ilə vuruşursunuz, onlarla danışın, biz başqa dövlətik. Ay kütbeyin, sən Ermənistan ərazisini terror yuvası kimi istifadə edib, erməni əsgərlərini ora göndərirsən. Onların nə qüvvəsi var ki, olanları da ölüb, meyidlərini belə yığmırsan".
 
 
Razi Nurullayevin sözlərinə görə, buradan belə aydın olur ki, Ermənistanın əsgərlərinin qabağında alovlu çıxış edib onları Qarabağa göndərən Paşinyan birbaşa Azərbaycana müharibə elan edib:
 
 
"Qoy hüquqşünaslar bunu araşdırsın və artıq bizim hüquqi ixtiyarımız var ki, Ermənistan ərzisində erməni əsgər və zabitlərini, hərbi infrastrukturunu məhv edək. Bunların hamısını son əsgərinə kimi məhv etmək lazımdır. Torpağımızda olan son erməni əsgəri məhv edilənə kimi silahı yerə qoymaq yoxdu. Bu alçaq Paşinyan deyir ki, biz sağ qalmaq üçün mübarizə aparırırq və dünya da bizi ölümdən xilas etməlidir. Ay namərd alçaq, axı sənin bizim sərhədlərimiz daxilində nə işin var? Sən artıq hərbi cinayətkarsan, dilinə güc vermə, belə ürəkli oğlansan, gəl Qarabağa və orada çıxış elə. Azərbaycan əsgəri başına elə bomba atacaq ki, heç leşini də tapmayacaqlar, cəhənnəmə vasil olacaqsan. Sənin kimi alçaqların arxasında dayanan qüvvələr olmasa, səni İrəvanda tapıb cəzalandıra bilərik. Səni və sənin kimi hərbi cinayətkarlar olan Robert Köçəryanı, Serj Sərkisyanı, Levon ter-Petrosyanları və digər əli günahsız insanların qanına batmış hərbi cinayətkarları.
 
Azərbaycan əsgəri Ermənistanın qana susamış işğalçı ordusunun əsgər və zabitlərini öz qanlarında doyuracaq".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr