"Rusiyanın oyunlarına özü kimi güclü oyunçu girməlidir"

17:49 16-10-2020 | icon 422 | Siyasət
"Rusiyanın oyunlarına özü kimi güclü oyunçu girməlidir"

Ramiyə Məmmədova: "Türkiyənin nəinki Qarabağ məsələsində iştirakı ən yüksək səviyyədə olmalı..."

 

"Türkiyə faktoru və onun Cənubi Qafqaza girməsi, Azərbaycana verdiyi dəstək Rusiyanı və digər dövlətlərin narahatlığı elə səviyyəyə çatıb ki, bunlar az qala hər TV kanallarını, proqramlarını, sosial şəbəkələrini və bütün əllərində olan informasiya alətlərini anti-Türkiyə təbliğatına çeviriblər. Rusiya Türkiyənin Qafqazda artan nüfuzundan gorxduğunu gizlədə bilmir. Bunu hər məmur, millət vəkili, jurnalisti hər çıxışında açiğ aydın söyləyir. Buna görədə biz bugünkü Türkiyənin nüfuzundan və gücündən yetərincə istifadə etməliyik".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloqun fikrincə, reallıq budur ki, bugünki AKP hakimiyyəti və şəxsən Ərdoğanın Azərbaycana  verdiyi dəstək danılmazdır:

 

"2000-ci ildən sonra başlayan Türkiyənin dünya siyasətindəki rolu bu gün Azərbaycana ən böyük dəstəkdir. Bugün Azərbəycan öz vətən savaşında istədiyi dövləti ona yardım etməsi üçün çağıra bilər. Bu heç bir beynəlxalq qanuna zidd deyil, BMT-nin nizamnaməsinə uyğun olaraq çağırılan üçüncü Dövlət hərbi yardım etməsi mumkundur. Bunu son dövürdə Liviyada müşahidə etdik. Artıq Azərbaycanın da Liviyada olduğu kimi üçüncü dövləti dəvət etmək huququ var. Rusiya bizi buna məcbur edə bilər. Çünki Rusiyanın və onun siyasətinin apardığı oyunlara özü kimi beynəlxalq arenada güclü oyunçu girməlidir. Rusiyanın Ermənistana humanitar yardım adı ilə zaman udması, duşmənimizə qöndərdiyi silah-sursat və boş-boş 11 saatlıq danışıqlar nəticəsi bu idisə, onda bizim də verəcəyimiz qərarlarla razılaşmaq məcburiyyətindədir. Ona görə də Türkiyənin nəyinki Qarabağ məsələsində iştirakı ən yüksək səviyyədə olmalı, danışıq masasında 3 yox 4 formatda oturmalı həm də bir yox iki hərbi bazasının acil surətdə yerləşdirilməsi məsələsi gündəmə gəlməlidir".

 

Ramiyə Məmmədova vurğulayıb ki, Rusiya Azərbaycanın artan gücünü və gələcək üçün planlarını göz ardına vura bilməz, eləcə də Türkiyənin varlığı ilə razılaşmaq və regionda baş verəcək yeni dəyişikliklərin və siyasətin tərəfində olmasa uduzmaqa meyillidir:

 

"Bunu artıq Rusiya da anlayır. Bunu Qarabağ müharibəsi, üstəlik Gırğızistanda gedən hadisələr belə göstərdi. Türkiyənin bugünkü siyasəti Azərbaycan üçün ən əlverişlidir. Bunu rəhbər tutaraq elə Azərbaycan Qarabağı azadlığını və iki ölkənin gələcəkdə verəcək perspektivlərini əldən buraxmamalıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr