“Tezliklə Azərbaycan ordusunun zəfərlərini görəcəyik” - MÜSAHİBƏ

11:46 21-10-2020 | icon 340 | Siyasət
“Tezliklə Azərbaycan ordusunun zəfərlərini görəcəyik” - MÜSAHİBƏ

Ramin Məmmədli: “Əks-hücum əməliyyatı ermənilərin məkirli planlarını birmənalı şəkildə məhv etdi”

 

Azərbaycan Ordusu Cəbrayıl və Füzulinin ardınca Zəngilan şəhərini də düşmən işğalından azad etdi. Cəbhədə isə uğurlu hərbi əməliyyatlar davam edir.

 

Versus.Az xəbər verir ki, hərbi-siyasi icmalçı Ramin Məmmədli müsahibəsində mövcud vəziyyətlə bağlı maraqlı nüanslara diqqət çəkib:

 

- Ramil müəllim, Azərbaycan Ordusunun Ermənistanın hərbi hücumlarına qarşı əks-hücum əməliyyatı 27 sentyabrdan daha geniş startla başladı. Sizcə Ermənistan Tovuz istiqamətində apardığı hərbi hücumu ilə nəyə nail olmağa çalışırdı və hansı cavabını aldı?

 

- Ermənistan respublikası, dünya erməniləri Azərbaycanın əraziləri hesabına böyük Ermənistan yaratmaq istəyirdilər və həmin istiqamətdə işlər aparırdılar. Ermənistan hərbi birləşmələri davamlı olaraq  ön xəttə təlimlər keçiriblər və ilk imkanda ərazilərin genişləndirilməsi, yeni ərazilərin əldə olunması prosesinə başlamaq istəyirdilər.  Sentyabrın 27-də bu proseslər pik həddə çatdı və beləliklə Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Əlbəttə ki, Ermənistanın istəkləri və gözləntiləri qısa müddətdə Azərbaycanın digər ərazilərində də möhkəmlənmək və danışıqlar prosesində daha böyük üstünlük qazanmaq, özlərinin də qeyd etdiyi kimi əldə etdikləri bufer bölgənin hesabına işğal altında saxladıqları keçmiş Dağlıq Qarabağın tam təhlükəsizliyini  təmin etmək idi. Bununla da həm döyüş meydanında hərbi istiqamətdə, həmçinin siyasi istiqamətdə üstünlüklərini qazanmaq istəyirdilər. Məhz buna görə də işğal olunan Dağlıq Qarabağdan kənar rayonların ərazisində infrastruktur layihələri həyata keçirirdilər.  Bu infrastruktur layihələrdə də küllü miqdarda vəsait xərclənirdi. Qeyd etdiyim kimi, bunlar prosesin ilkin mərhələsini yerinə yetirməklə sonradan diplomatik danışıqlara başlayacaqdılar. Əks-hücum əməliyyatı ermənilərin  məkirli planlarını birmənalı şəkildə məhv etdi. Doğrusu, Ermənistan hərbi komandanlığı heç bir halda Azərbaycan ordusunun yeni, müasir taktiki əməliyyatlar həyata keçirəcəyini gözləmirdi. Ənənəvi hərbi əməliyyatlara üstünlük veriləcəyi ehtimalları var idi. Hərbdə, bəzi məqamlarda faktlar, bəzi məqamlarda isə ehtimallar rol oynayır ki, onlar da məhz bu ehtimalın üzərində dayanırdılar. Lakin sürətli əks-hücum zamanı bir neçə istiqamətdə, ilkin olaraq iki, sonra 3, hazırda isə 6 cəbhədə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca darmadağın edildi və geri çəkilmək məcburiyyətində qaldılar. 6 cəbhə deyəndə mən, Cəbrayıldan başlayan Zəngilan-Qubadlı istiqaməti, Goranboy-Tərtər,  Daşkəsən Kəlbəcər, Füzuli,Hadrut, Xocavənd istiqamətlərində gedən əməliyyatları nəzərdə tuturam. Bu cəbhə xəttinin günü gündən böyüməsi, genişlənməsi Ermənistan üçün gözlənilməz oldu. Yəni 23 gün ərzində cəbhə xətti böyüdü və Ermənistan ordusunun canlı qüvvə ehtiyatları üçün  problemlər yaratmağa başladı. Bu gün Azərbaycan ordusu döyüş əməliyyatları cəbhəsini 6-ya qaldırıb və bu istiqamətdə mövqelərini addım-addım möhkəmləndirərək irəliyə doğru gedir. Görünən odur ki, Azərbaycan ordusu Qarabağın cənub və şimal istiqamətlərində mövqelərini möhkəmləndirərək növbəti hədəflərə çatmaq üçün düşmənə kəskin zərbələr vurmaq əzmindədir. Tezliklər biz bu zərbələri görəcəyik.

 

- Rusiyanın Tass agentliyinin müxbiri Azərbaycan Prezidenti ilə müsahibəsində Azərbaycan ordusunda hansısa müzdluların döyüşməsi ilə bağlı iddialara aydınlıq gətirilməsini istədi. Bizə məlumdur ki, Ermənistandan və həmsədr dövlətlərdən Azərbaycana qarşı səslənən belə iddialar birinci dəfə deyil və ölkə başçısı bu məsələ ilə bağlı özünün qəti fikirlərini bildirib. Ermənistan siyasi hakimiyyəti bu cür iddialarla Azərbaycana qarşı hansı təsir maşınını işlədir, nəyə nail olmağa çalışırlar?

 

- Ermənilərin bu iddialarının bir neçə istiqaməti var: birincisi onlar göstərmək istəyirlər ki, Azərbaycan ordusu güclü deyil və cəbhədəki bu əməliyyatları başqaları həyata keçirir. Bu, yanaşma Ermənistanın daxili auditoriyasına hesablanıb. Məqsəd də budur ki, illərdir Ermənistan hakimiyyətinin orduya qarşı etinasız münasibəti və təkəbbür eyforiyasını gizlətsinlər. Digər tərəfdən, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin formalaşdırılması və tez bir zamanda Azərbaycan ordusunun hərbi əməliyyatlarının dayandırılmasına nail olmaqdır. Çünki artıq proses getdikcə Ermənistan üçün daha kritik vəziyyət alır. Çünki 20 gün ərzində əsas müdafiə eşalaonlarını itirmiş, faktiki olaraq işğal etdikləri 2 rayonu itirmiş Ermənistan yaxşı başa düşür ki, bu itkilər Ermənistanın özünü belə vətəndaş qarşıdurmasına, vətəndaş gərginliyinə gətirib çıxardıb. Ona görə də bu cür informasiyaları həm daxili auditoriyaya sırımaq, həmçinin də beynəlxalq ictimaiyyətə təqdim etməklə vəziyyətdən çıxış yolu axtarırlar.   

 

- Bu gün cəbhədə hərbin öz sözünü dediyi bir vaxtda, “danışıqların, atəşkəsin“ mövcud vəziyyətlə uzlaşmadığı görünür. Siz necə fikirləşirsiz?

 

- Azərbaycan dövləti ümumiyyətlə hərbi əməliyyatların dayandırılması ilə bağlı  konkret mövqeyini bildirib. Həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm də Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin özü tərəfindən. Dəfələrlə bildirilib ki, Ermənistan hərbi qüvvələri Azərbayan ərazilərindən çıxmayana qədər cəza tədbirləri davam etdiriləcək. Bu Azərbaycan xaqının istəyidir, gözləntisidir. Hərbi əməliyyatların dayandırıması Azərbaycan xalqında vətənpərvərlik və digər vacib xüsusiyyətlərə zərbə vura bilər. Müharibə o halda dayandırıla bilər ki, Ermənistan ağ bayraq qaldırsın. Bu gün proses ona doğru gedir. Azərbaycan ordusunun keçirdiyi əməliyyatlarda da əsas istiqamət ondan ibarətdir ki, mühasirə halqası daralsın və düşmən təslim olma qərarlarını açıqlasın. İndiki vəziyyətdə təslimçilik bayrağının qaldırılması Nikol Paşinyan üçün məhv deməkdir. Açığı Paşinyan “gəlin təslim olaq” deyə bilər. Amma ona müxalif qüvvələr, xalq tələb edə bilər ki, biz cəmi filan rayonları itirmişik nəyə görə təslim olmalıyıq. Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycan ordusunun güclü zərbəsi Ermənistan ordusunun kiçik bir ərazidə sıxılmasına səbəb olacaq, yalnız bundan sonra hər hansı bir danışıqlardan söhbət gedə bilər.

 

- Görünən odur ki, Azərbaycan xalqı hərb zamanında atəşkəslə, danışıqları qəbul etməsə də, cərəyan edən proseslər danışıqların hansısa bir məqamda baş verəcəyini istisna etmir.

 

- Mən hərbin öz sözünü dediyi bir vaxtda hansısa danışıqlara başlanılmasının tərəfdarı deyiləm. Amma bəzi məqamlarda bu məcburi hal alacaq. Əgər Ermənistan ağ bayraq qaldırıb təslim olmaq haqqında fikrini bildirsə, danışıqlara gediləcək. İstənilən halda Xankəndində, Əsgəranda ağ bayraq qaldırsalar da, yenə də Azərbaycan ordusu ora daxil olacaq və istənilən halda bu bizim qələbəmizdir. Fikir verdinizsə, Paşinyanın son çıxışında onun psixoloji travma aldığı görünürdü. Paşinyan hələ də “Qarabağa yüksək status tələb edir, müstəqilliyini” vacib sayır. Təbii ki, o nə danışdığını bilmir və hesab edirəm ki, yaxın bir ayda onun fikirləri tamamilə fərqli olacaq. Mühasirə dalğası azaldıqca Paşinyan da başqa cür danışmağa məcbur olacaq.

 

- Ramin müəllim, Azərbaycanın cəbhədə hərbi əməliyyatlarında istifadə olunan pilotsuz zərbə uçuş aparatları ordumuzun uğurlu irəliləyişində canlı qüvvəsi ilə yanaşı həm də əlində olan müasir silahların düzgün və məharətlə istifadə edilməsi ilə bağlıdır. Bu barədə nələri söyləyərdiz?

 

- Hazırda hərbi əməliyyatlar gedir. Hərbi döyüş texnikalarının həm rəsmi, həm də qeyri rəsmi yayılan videogörüntülərindən də aydın olur ki, Azərbaycan ordusu müasir silahlarla silahlanıb. əlbəttə ki, Ermənistanın da müasir silahları var və ordumuz güclü manevrlərlə onları məhv edir, yaxud qənimət kimi götürür. Eyni zamanda bu müharibənin qaydalarından biri də manevrdir. Bizim hərbi qulluqçuların, hərbi komandanlığın yüksək manevr bacarığı imkan verir ki, tez bir zamanda Emənistan ordusunu sıxışdırıb ərazilərimizdən çıxaraq.

Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.

 

- Son günlər Türkiyə-Azərbaycan Hərbi birliyinin yaranması məsələsi müxtəlif rakuslarda gündəmə gətirilir. Azərbaycan xalqı bu birliyi istəsə də, kimlərsə bundan narahatdır. Bu barədə nə söyləyə bilərsiz?

 

- Əslində Türkiyə ilə Azərbaycan hərbi birlik vəziyyətindədir. Elə hüquqi baxımdan da bu birlik var. Yəni 1994-cü il fevralın 9-da bağlanan strateji əməkdaşlığa dair müqavilədən  irəli gələrək Azərbaycanla Türkiyə hərbi texniki və təhlüksizlik sahəsində birgə fəaliyyətə dair razılaşma əldə edib və bunu müqavilə ilə sənədləşdiriblər. Bu, hər hansı bir razılaşma sənədi, memorandum deyil. Bu müqavilədirsə, deməli icraya yönələn sənəddir. Bir məqam da var ki, 1921-ci il Qars müqaviləsi də 1994-cü il müqaviləsində əsas götürülən xəttlərdən biridir. Və 2010-cu ildə də hər iki tərəf həmin müqaviləyə əlavə müddüəlar əlavə elədilər və Prezident İlham Əliyev də onu təsdiqlədi.  Sənəd parlamentdə ratifikasiya olundu. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO dövlətidir və bu quruma üzv olan dövlət başqa hərbi blok yarada bilməz. Azərbaycan isə Qoşulmama Hərakatının ən aparıcı üzv dövlətdir. Ən uğurlu proses Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının hazırki formatda davam etdirilməsidir və bunda problem yoxdur. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr