ATƏT-in Minsk qrupunun həmsədrlərindən Dağlıq Qarabağla bağlı birgə BƏYANAT
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar.
Sənəd ATƏT-in rəsmi saytında dərc edilib.
Bəyanatda həmsədrlərin oktyabrın 24-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşlərində iştirak etdikləri qeyd edilir.
Həmsədrlər münaqişə tərəflərini oktyabrın 10-da Moskvada elan edilən və oktyabrın 18-də Parisdə təsdiqlənmiş birgə bəyanatın bütün aspektlərinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa çağırıblar.
Həmçinin qeyd ediblər ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları oktyabrın 1-də, xarici işlər nazirləri isə oktyabrın 5-də tərəfləri hərbi əməliyyatları dərhal dayandırmaq və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlara yenidən başlamaq barədə çağırış ediblər.
İntensiv müzakirələr zamanı həmsədrlər və xarici işlər nazirləri 10 oktyabr birgə bəyanatına müvafiq olaraq belə bir təcili humanitar atəşkəsin həyata keçirilməsi, atəşkəsə nəzarət üçün mümkün parametrlər və hərtərəfli həllin əsas elementlərinin müzakirəsinə başlanmasına dair fikir mübadiləsi aparıblar.
Bəyanatın sonunda bildirilir ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələrək, razılaşdırılmış vaxt cədvəlinə uyğun olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə razılığa gəliblər.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”