“Həmsədrlər Ermənistana silah daşıyır, Ermənistanı silahlandırır”

12:06 29-10-2020 | icon 316 | Siyasət
“Həmsədrlər Ermənistana silah daşıyır, Ermənistanı silahlandırır”

Bəhruz Məhərrəmov: “Ermənistanın bu əməli təşkilatlanmış, kilsənin də qatıldığı hərbi cinayətdir”

 

Ermənistanın dünən saat 13:00 radələrində Bərdəyə atdığı raket zərbəsi nəticəsində 21 ölən, 70-dən çox yaralı var. Azərbaycan Erməni terroru nəticəsində qana boyanır. Görəsən “sülh çağırışları, atəşkəs, demokratiya” deyən dünya ictimaiyyəti hara baxır, niyə Ermənistanı durdurmur?!

 

Versus.Az xəbər verir ki, vəziyyətlə bağlı açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov bu terroru məğlubiyyətin astanasında olan Ermənistanın aqoniyası adlandırıb.

 

Bildirib ki, Ermənistan özünün acı məğlubiyyətinin astanasındadır. Düşmən bu durumda acığını istənilən istiqamətlərdə atəşkəsi davam etdirib, mülki insanlarımzı qətlə yetirməklə çıxır:

 

“Sabah Cenevrə görüşləri başlayır. Belə bir ərəfdə Ermənistanın sülh niyyətlərinin boş olduğu bir daha ortaya çıxır. Lakin biz Cenevrə görüşündən hər hansı bir müsbət məqam gözləmirik. Ermənistanın bu əməli təşkilatlanmış, kilsənin də qatıldığı hərbi cinayətdir. Əlbəttə ki, Azərbaycan bunun cavabını verir və verəcək. İnanıram ki, insanlarımız yaxın vaxtlarda xoş xəbərlər eşidəcəklər”.

 

B.Məhərrəmov bildirib ki, beynəlxalq qurumların Azərbaycanda törədilən genosid əməllərinə laqeyd yanaşmasından dolayı, bu gün beynəlxalq təşkilatladan faktiki olaraq hər hansı gözlənti yoxdur:

 

“Beynəlxalq təşkilatlar, xüsusən həmsədr dövlətlər oktyabr ayının 19-da BMT Təhlükəsizlik Şurasında BMT qətnamələrinin heçə endirilməsi istiqamətində addımlar atdılar. Təbii ki, buna nail olmadılar. Onların mövqeyi budur. Həmsədrlər bu gün regiona sülh daşımalıdırlar, amma əvəzində Ermənistana silah daşıyır, kütləvi şəkildə Ermənistanı silahlandırır. Lakin biz bu problemi hərbi gücümüzlə həll etməliyik”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr