Onlar Ermənistanı niyə susdurmur?

12:12 29-10-2020 | icon 290 | Siyasət
Onlar Ermənistanı niyə susdurmur?

Prezident İlham Əliyev Azərbaycan xalqına sonuncu müraciətində bəyan etdi ki, işğalçı Ermənistanın havadarları onlara bir kəlmə desə ki, “Azərbaycan torpaqlarından çıx”, Ermənistan  həmən çıxar. Azərbaycan Prezidentinin heç bir bəyanatının, sözünün elə-belə deyilmədiyi hər kəsə məlumdur. İlham Əliyev faktlara, informasiyalara əsaslanaraq fikirlərini ifadə edir. İndi xatırlatdığımız fikirlərinin də informasiyaya, dəqiq qənaətə əsaslandığı şübhəsizdir.

 

Bəs o ölkələr hansılardır? Hansı ölkənin sözü Ermənistan üçün qanundur? Rusiyamı, Amerikamı, Fransamı? Yoxsa Soros Fondunun?

 

Versus.az xəbər verir ki, politoloq Elşən Mustafayev bildirib ki, bu günə qədər Dağlıq Qarabağ məsələsində Ermənistanın yanında olan, onu dəstəkləyən, problemin Ermənistanın maraqları çərçivəsində həllini istəyən, əks halda isə müddətsiz dondurulmasını çıxış yolu kimi görənlərin adları çoxdan məlumdur. Bunların içində müxtəlif təşkilatlar, ayrı-ayrı siyasətçilər və konkret olaraq dövlətlər də var: “Dövlətlər içində isə əsas adları çəkilən Fransa və Rusiyadır. Fransanın Azərbaycana birbaşa təzyiq imkanları məhduddur, amma çıxışlarında, bəyanatlarında Azərbaycan əleyhinə çağırışlar həmişə olub. Rusiya isə görüntüdə hər zaman özünü tərəfsiz göstərib, hər iki dövlətlə strateji tərəfdaş olduğunu bildirib. Lakin fəaliyyətində isə  torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasında birbaşa rol oynayıb. Məsələ Rusiyanın Ermənistana əvəzsiz silah verməsi ilə bitmir. Belə görünür ki, illər ərzində Rusiya problemin həllini istəmədiyindən tərəflər arasında anlaşma alınmırdı. 90-cı illərin sonuna yaxın Levon Ter-Petrosyanın prezidentliyi dövründə tərəflər anlaşmaya və problemin həllinə çox yaxın olublar. O zaman bu həlli istəməyən güclər Ermənistan parlamentində terror törətdilər və parlament sədri, deputatlar güllələndilər. Ter-Petrosyan hakimiyyətdən getdi  və Rusiyaya yaxınlığı ilə seçilən Robert Köcəryan hakimiyyətə gəldi. O dövrdə də Rusiyanın tək istəyi kifayət edərdi ki, Ermənistan sülhə gəlsin və işğal olunmuş torpaqları qaytarsın. Amma bu olmadı. Əksinə, Ermənistanının hərbi cəhətdən daha da gücləndirilməsinə start verildi”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Rusiya yenə də özünü tərəfsiz göstərməyə çalışsa da hiss olunur ki, gedişatdan narazıdır: “Hesab edirəm ki, hazırda Kremlin məsələnin üzərinə açıq getməməsinin əsas səbəblərindən biri iki ilə yaxındır ki, Paşinyan hakimiyyəti ilə qarşıdurmada olmasıdır. Amma buna baxmayaraq, Rusiya post-Paşinyan dövrünün olacağı variantını göz önünə alaraq erməniləri incitmək istəmir  və köməkliyi hələlik öz istədiyi ölcüdə və şəraitdə etməkdə davam etdirir. Belə olmasaydı Azərbaycan çoxdan işğal olunmuş ərazilərini tam  azad edərdi. Amma məsələ ondadır ki, Azərbaycan onsuz da ərazilərini azad edir və  bunu davam etdirəcək. Bu bizim üçün həlli mümkün olan və həyata keçirilməsində qərarlı olduğumuz məsələdir. Amma Rusiya istəsə Ermənistanı geri çəkər və bu məsələ bir neçə günə öz həllini tapar və nəticədə insan tələfatı, xüsusilə erməni tərəfinin verdiyi böyük itkilər olmaz. Sülhə xidmət edən ən böyük iş də bu olar. ”Havadarlarının bir kəlmə sözü ilə ermənilər ərazimizdən çıxar" ifadəsini söyləyərkən Prezident İlham Əliyev əslində məsələni çılpaqlığı ilə söyləyib və açıq şəkildə mesaj verib. Yəni sülh çağırışı edənlər mövcud imkanından istifadə etmirsə, deməli, əslində sülh istəmir.  Düşünürəm ki, Prezidentin verdiyi mesajın ünvanı ilk olaraq Rusiyadır. Çünki  Ermənistana təzyiq imkanı olan, ayaqda qalmasına səbəb olan əsas dövlət hazırda Rusiyadır. Bu mesaj eyni zamanda Fransaya da aid edilə bilər. Çünki Ermənistanın haqsız mövqeyini haqlı kimi dünyaya yaymağa cəhdlər edən, Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasının başında gedən Fransadır. Onun da Ermənistana təsir imkanları Rusiya qədər olmasa da az deyil".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, müəyyən güclər Ermənistanı müharibəni davam etdirməyə məcbur edirlər: “Prezident İlham Əliyev də qeyd edib ki, Ermənistana silahların verilməsi müharibənin davam etdirilməsinə hesablanıb. Düşünürəm ki, Ermənistana ən çox təsir edən Rusiya və Fransadır. Bu ölkələrin, əsasən də Rusiyanın bir işarəsi bəs edər ki, Ermənistan silahı yerə qoysun. Çünki Paşinyan nə qədər Rusiya ilə soyuq münasibətdə olan şəxs olsa belə, Ermənistan Rusiyanın oyuncağıdır.

Hazırda Ermənistana yüksək dərəcədə təsir edən Rusiyadır və biz görürük ki, Ermənistana yalnız böyük partiya silahlar Rusiyadan verilir. Düşünürəm ki, əgər Rusiya Paşinyana desə ki, atəşi dayandır, işğal altında olan torpaqlardan çıx, dərhal bunu edər"./Yeni müsavat/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr