"Müharibədən sonra ermənilər Azərbaycan qanunlarını qəbul etsələr..."

09:59 03-11-2020 | icon 502 | Siyasət
"Müharibədən sonra ermənilər Azərbaycan qanunlarını qəbul etsələr..."

 

Fuad Əliyev: "Azad olunan torpaqlarda turizm sahəsi inkişaf olunacaq"

 

“Hesab edirəm ki, müharibədən sonra təzyiqlər olmayacaq. Təzyiqlər ancaq erməni lobbisi tərəfindən ola bilər. Müharibədən sonra Ermənistanda hərbi xuntanın başçısı Paşınyan devriləcək, orda inqlab olacaq. 17 siyasi partiya birləşib bir alyans yaradıb Paşınyanın istefasını tələb edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu bir sıra dövlətlərin Azərbaycana təzyiqləri və bu təzyiqlərin müharibədən sonra da davam ola biləcəyi ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, beynəlxalq təşkilatlar və Azərbaycanda fəaliyyət göstərən səfirlər, ermənilərin Gəncə və Bərdə şəhərlərində yaşayan dinc əhaliyə qarşı raket hücümları, bu  terror aktını öz gözləri ilə gördülər və verdiyi bəyanatlarda bunu təsdiq etdilər:

 

"Bundan sonra heç bir ölkə Ermənistanda bu faşıst rejimi dəstəkləməyəcək. Müharibədən sonra Azərbaycanda köklü dəyişiklərin gözlənilməsinə gəlincə, bu dəyişiklər bir neçə il bundan qabaq başlanıb. Partiyalarla bağlı deyə bilərəm ki, bu ilin əvvəlindən iqtidar-müxalifət dialoquna start verilib. Bunun davamı olaraq 50 siyasi partiyanın Ermənistanın təcavüzkar siyasətinə qarşı, müharibə ilə bağlı birgə bəyanatı qəbul olunması oldu. Hesab edirəm ki, müharibədən sonra bu dialoqun davamı olacaq. İqtisadi islahatlar da nəzərdə tutulub. Azad olunan torpaqlarda və Azərbaycanın digər gözəl bölgələrdə turizm sahəsi inkişaf olunacaq. Təhsil, səhiyyə və digər sahələrdə çalışanların sosial durumu yaxşılaşacaq. Azərbaycanın iqtisadi potensialı çox yüksəkdir. Azərbaycanda iqtisadi sıçrayış olacaq”.

 

Fuad Əliyev Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşamağı məsələsinə də toxunub:

 

"Ermənistandan azərbaycanlılar köçürülüb, rəsmi olaraq Azərbaycanda isə 60 minə yaxın erməni yaşayıb bu 30 il ərzində. Müharibədən sonra ermənilər Azərbaycan qanunlarını qəbul etsələr, Azərbaycan vətəndaşlığı qəbul etsələr ola bilər ki, onlar Qarabğda yaşaya bilərlər. Bunu gələcək göstərəcək”. /reaksiya tv/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr