“Trampın seçilməsi Azərbaycan və Türkiyə üçün daha məqsədəuyğundur”
Ramiyə Məmmədova: “Tramp müharibələrə qarışmamaq, Bayden isə destruktiv hərəkətlər vəd edir”
Xəbər verildiyi kimi, 2020-ci il noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərin nəticələri Amerikanın 46-cı prezidentini bəlli edəcək. Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatılıb. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden.
Hazırda Bayden irəlidə. Donald Tramp nəticələrdən narazıdır və prezident kimi işinə davam etmək niyyətini açıqlayıb. ABŞ-ın prezident seçkiləri hansı aspektən diqqəti çəkir?
Seçkiləri Versus.az-a təhlil edən politoloq Ramiyə Məmmədoava bildirib ki, üçüncü dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, üçüncü dövətldə müharibə etməmək, İsrailin Yaxın Şərqdə güclü dövlətə çevrilməsi və ərəb dünyası ilə daha sıx əlaqələrin qurulması, Rusiya ilə münasibətlərin tənzimlənməsi, Çinin iqtisadi baxımdan gücünün itirilməsi yeni seçilmiş prezident üçün əsas prioritet olacaq.
“İranla da danışıq masasına oturulması məsələsi gündəmə gələcək. Azərbaycan və Türkiyə üçün isə Trampın seçilməsi daha məqsədəuyğundur. Amerikanın gələcək 4 il üçün yeni siyasəti iqtisadi baxımdan ən güclü və hegemon dövlət olması onun üçün hərbi baxımdan hegemon olmasından daha vacibdir”.
Politoloq bildirib ki, hazırda bir çox ştatlarda hələ ki səslərin sayılması prosesi davam edir və hələ ki, kimin uğur qazanması dəqiq bilinmir:
“Bu gün Amerika cəmiyyəti iki yerə bölünüb. Hətta Baydenlə Trampın tərəfdaşları bir-birinə qarşı güc tətbiq ediblər və polis qarşıdurması baş verib. Baydenin seçilməsi o deməkdir ki, ABŞ-da respublikaçıların siyasəti yürüdüləcək. Tramp siyasəti 3-cü dövlətlərin siyasətinə ümumiyyətlə qarışmaq niyyətində deyil. Bayden bir qədər destruktiv danışıb və destruktiv hərəkət edir. Bayden gələndən sonra daha çox digər dövlətlərlə müharibələrə sövq oluna bilər. Hələ ki, hər iki iddiaçı liderlik edirlər. Bir neçə günə bilinəcək”.
LƏMAN
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”