"Biz onların qarşısında baş əyirik"

11:21 08-11-2020 | icon 467 | Siyasət
"Biz onların qarşısında baş əyirik"

Fuad Əliyev: "Bu bayrağın, dövlətin və müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub"

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Azərbaycan xalqını 9 noyabr - Bayraq Günü münasibətilə təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əziz Xalqım!

9 noyabr 1918-ci ildə  Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı. Bayrağımızda olan üç rəngi - Türkçülük, İslamçılıq və Müasirlik ideyaları birləşdirdi. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Üç rənqli Milli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır.

 

23 ay dalğalanan Milli bayrağımız  dünyada müstəqil ölkələr sırasında oldu. Milli Bayrağımızdan 70 il ayırlmasına baxmayaraq xalqın əziyyətlə əldə etmiş üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə bu illər boyu bu bayrağı yenidən yaşatmaq üçün mübariz olan minlərlə insan olub.

 

Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. Bu bayrağı, dövləti və müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. 

 

Bu gündə cəbhə bölgəsində şəhidlərimiz var. Vətən sağ olsun! Ön cəbhədə əsgərlərimiz düşmənlə üz-üzə durub, torpaqlarımızı işğalçı ermənilərdən azad edir. Biz onların qarşısında baş əyirik!

 

Tanrı əsgərlərimizi qorusun!

Milli Bayraq bayramımız mübarək olsun!

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!"

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr