"ATƏT Minsk Qrupu formatında danışıqlar əleyhimizə olacaq"

00:07 14-11-2020 | icon 1645 | Siyasət
"ATƏT Minsk Qrupu formatında danışıqlar əleyhimizə olacaq"

Məhəmməd Əsədullazadə: "Bu haqda müzakirə yeni problemlərə gətirib çıxara bilər"

 

"ATƏT-in Minsk qrupunun həmsədrləri formatında yenidən danışıqların başlanması üçün yeni bir mərhələ hazırlanır. Rusiya XİN rəhbəri Lavrov və Ermənistan XİN rəhbəri Mnatsakayan bu istiqamətdə həmsədr formatında siyasi həll yolunu nizamlanmanı vurğulayır. Lavrov və Mnatsakanyan Minsk formatı çərçivəsinə ona görə qayıtmaq istəyirlər ki, bu format Azərbaycana qarşıdır və Türkiyənin burada siyasi rolunun qarşısını almağa bununla hesablayırlar. Xüsusilə Fransa burada əsas təşəbbüs göstərir".

 
 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
 
Politoloq vurğulayıqb ki, məhz Rusiya XİN rəhbəri Qarabağla bağlı prosesləri Minsk qrupu ölkələri ilə bölüşdüklərini qeyd edir:
 
 
"Minsk qrupu artıq sentyabrın 27-dən öz funksiyasını itirib. Bu format uzun illər işğala dəstək vermək və Ermənistanın mənafelərinə xidmət edib. Müharibənin ilk günüdən Fransanın vasitəçiliyini birtərəfli şəkildə işğalçı ölkənin yanında olduğu təsbit olunub. Bundan sonra, Minsk qrupu formatına ehtiyac varmı buna diqqətə edilməlidir".
 
 
M.Əsədullazadənin fikrincə, Azərbaycan Minsk qrupu formatında danışıqlara ona görə sadiq idi ki, Ermənistanın həll varinatlarını qəbul edib, münaqişənin həlli sürətlənəcək. Amma, Minsk qrupu bu istiqamətdə fəal olmadı:
 
 
"İndi isə Azərbaycan hərbi yolla status-kvonu dəyişdi və Ermənistan kapitulyasiya sənədinə imza atdı. Minsk qrupu artıq post-müharibə dövrü üçün deyil. Azərbaycan öz ərazi bütövlüyünü dekabrın 1-nə kimi həll edəcək.
Minsk qrpunun iştirakı olmadan Ermənistan bəaynnaməyə imza atıb. Göründüyü kimi, həmsədlər formatına ehtiyac qalmamlıdır. Artıq siyasi danışıqlar prosesi Ankara-Moskva-Bakı və Yerevan arasında aparılmaqla yeni bir format yaraddılıb. Rusiya və Ermənistan XİN rəhbərliyi Fransanı prosesə qoşmaq üçün yeni təmaslara keçib. Azərbaycan Minsk formatına xüsusilə Fransanın yer aldığı danışıqlar qatılmamalıdr".
 
 
Artıq Azərbaycanın qalib tərəf olduğunu qeyd edən politoloq hesab edir ki, Ermənistan və Fransa yeni plana əsasən, Qarabağa hərhansı statusun verilməsi istiqamətindədir:
 
 
"Azərbaycan qəti şəkildə bəyan edib ki, status olmaycaq. Belə olan təqdirdə, Minsk formatı çərçivəsində danışıqlar getmək əleyhimizə ola bilər. Azərbaycan üçün bu format tarixə qovuşmalıdır.
 
Türkiyə və Rusiya arsında sülhməramlı və digər məsələlərlə bağlı müqavilələr və razılaşmalar var. Yeni bir siyasi mərhələyə keçilib və Azərbaycanı növbəti dəfə status məsələsinə sövq etmək istəyirlər. Türkiyə, Rusiya və Azərbaycan arasında bu məsələ bitib. Azərbaycan xalqı və siyasi camesi, başda Ali Baş komandan olmaqla status məsələsinin əleyhinədir və bu haqda müzakirə yeni problemlərə gətirib çıxara bilər".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr