“Dövlətimiz Beynəlxalq məhkəməyə mütləq şəkildə müraciət edəcək"
Fuad Əliyev: “500 min soydaşımız doğma torpaqlarına qayıdandan sonra ermənilər orda qalmaz”
"1200 və yaxud 2000 erməninin qayıtması heç bir problem yaratmıyacaq. Qarabağda yaşayan bizim 500 min soydaşımız doğma torpaqlarına qayıdandan sonra ermənilər orda qalmaz. Rus sülhməramlı qüvvəllər çıxandan sonra, onlar da orada qalmıyacaqlar".
Versus.Az xəbər verir ki, bunu Hürriyyət TV-yə müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Fuad Əliyev Kəlbəcərin və ümumiyyətlə, azad olunan torpaqlarda soydaşlarımıza güzəştli kreditlərin verilməsi və Qarabağ bölgəsinin çox sürətlə inkişaf edəcəyini bildirib.
Rus sülhməramlıların gəlməsinin cəmiyyətdə birmənalı qarşılanmaması məsələsinə də toxunan ALDP sədri bildirib ki, məlum olan razılaşmays görə sülhməramlı qüvvələr 5 il ərzində regionda olacaqlar, nəzarət edəcəklər ki, orda yaşayan ermənilər bizim əsgərlərə qarşı bir trəxribat etməsinlər. F.Əliyev hesab edir ki, 2-3 ilə onlar çıxa bilərlər və bu, birmənalı belə olacaq:
"Ermənilər 28 il ərzində törətdikləri cinayətlərə görə cavab verəcəklər. Dövlətimiz Beynəlxalq məhkəməyə mütləq şəkildə müraciət edəcək".
Millət vəkili Könül Nurullayevanın Ermənistanın təzminatıyla bağlı məlum fikirlərinə gəlincə, ALDP sədri bu xanımın öz yerində olmadığını vurğulayıb.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”