"Müzəffər Ali Baş Komandan Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu"

 

16:55 18-11-2020 | icon 322 | Siyasət
"Müzəffər Ali Baş Komandan Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu"
 

 

“44 günlük İkinci Vətən müharibəsi döğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi. Ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” -Soçi möhrünü birdəfəlik təsdiq etdi.

Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi zəfərimizlə son qoyuldu”.

 

Bunu Versus.az-a  Milli Məclisin deputatı Naqif Həmzəyev Ali Baş Komandanın Qarabağa səfəri ilə bağlı şərhində bildirib.

 

Millət vəkili qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planlarını alt-üst etdi.

 

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi. Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı. Təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Onlar Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlara dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Axı, Qarabağ Azərbaycandır!”

Millət vəkili bildirib ki, hələ Azərbaycan prezidenti İlham Əliyev Rusiyada dünyanın maliyyə və siyasi elitasının, beyin mərkəzlərinin toplaşdığı tədbirdə “Qarabağ-bu Azərbaycandır, Nida işarəsi!”- deyəndə işğalçı Ermənistana və beynəlxalq aləmə öz mesajını vermişdi. N.Nəmzəyev bildirib ki, hər zaman verdiyi vədə sadiq qalan dövlət başçımız, bu dəfə də vədinə əməl etdi, düşmən caynağından azad edilən torpaqlarımıza Qalib, Müzəffər Sərkərdə kimi qədəm qoydu.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuliyə, Cəbrayıla səfəri, min illərin şahidi Xudafərin körpüsünə baş çəkməsi möhtəşəm Qələbəmizin nidası oldu.

Qalib Sərkədəmizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın düşmən tapdağından azad edilən torpaqlara səfəri zamanı bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı vəhşiliklərinə, vandallıqlarına bir daha şahidlik etdilər. Çəkilən videomateriallar bir daha bütün dünyaya Azərbaycan xalqıının azğın, qana susamış düşmənlə üz-üzə olduğunu təsdiq etdi. Prezident dedi: "baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin, hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik. Baxın, nə günə qoyublar. 30 il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya Cəbrayıl şəhərinin nə günə salındığını görəcək”

Millət vəkili bildirib ki, Ali Baş Komandanımız işğalçı, faşist ideologiyasından bəhrələnən ermənilərin bu vəhşiliklərin, Kəlbəcərdə törətdikləri yanğınların cavabının veriləcəyini dedi. Prezident dedi: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.

H.Mirzəyev onu da qeyd edib ki, bütün dünya bir daha Azərbaycan xalqının humanizminin şahidi oldu.

“İllər boyu erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşiliklərə baxmayaraq biz yenə öz humanist mövqeyimizdən əl çəkmədik. Kəlbəcəri boşaltmaları üçün azğın düşmənən daha 10 gün möhlət verilməsi də insanpərvərliyimizin, humanizmimizn təsdiqidir. Hər zaman olduğu kimi erməni vandalları çirkin niyyətlərindən əl çəkmədilər, Kəlbəcərdə meşələr yandırıldı, bu torpaqlarda böyüyüb boya başa çatan ağaclar kəsilib Ermənistana daşındı, evlərə od vuruldu. Erməni vandalları kim olduqlarını yenidən nümayış etdirdilər”.

Millət vəkili bildirib ki, müzəffər sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza, Cəbrayıla, Füzuliyə Qalibiyyət səfəri edərək, Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə göstəriş verərərək bu haqq nidasının rəsmiləşdirilməsinin xoş müjdəsini verdi, bir daha qorxaq düşmənə bəyan etdi ki, Qarabağ Azərbaycandır!

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr