"Putin birmənalı olaraq bildirib ki, Qarabağ Azərbaycan ərazisidir"

18:04 18-11-2020 | icon 412 | Siyasət
"Putin birmənalı olaraq bildirib ki, Qarabağ Azərbaycan ərazisidir"
 
 
 
 
 
"Putin birmənalı olaraq bildirib ki, Qarabağ Azərbaycan ərazisidir. Ola bilər ki, Putin keçmişdən danışarkən "status kvo" ifadəsini işlədib. Onu da erməni mətbuatı manşetə qoyub. Türkiyənın sülhməramlı qüvvələrinin göndərilməsilə bağlı məsələyə gəlincə, o, bunun Türkiyə və Azərbaycanın daxili işi olduğunu deyib".
 
 
Bunu Versus.az-a ALDP sədri Fuad Əliyev Rusiya prezidenti Vladimir Putinin  yerli kanala verdiyi müsahibədə Qarabağ məsələsindən danışarkən "ststus-kvo" ilə bağlı işlətdiyi fikirlərə aydınlıq gətirərkən bildirib. 
 
 
Partiya sədri  bildirib ki, Azərbaycan ordusu və Ali Baş Komandan hərb yolu ilə məsələni həll edib. Siyasi məsələnin nöqtəsi isə Azərbaycan, Rusiya və Ermənistanın qəbul etdiyi bəyanatla qoyulub. Ərazilər dekabrın 1 nə gədər boşalandan sonra, Qarabağda yaşayan soydaşlarımızın qayıtması prosesi olacaq. Bunun da qarantı Azərbaycanla bərabər, Rusiya və Türkiyədir.
  
 
Rusiya sülhməramlı qüvvələri ilə bağlı narahatlığa gəlincə, partiya sədri bildirib ki,  sülhməramlılar ona verilən statusa görə fəaliyyət göstərir.
 
"Bu günlərdə məlumat yayılmışdır ki, tabe olmayan erməni separatçılar bir neçə rus sülhməramlını öldürüblər. Rusiya sülhməramlılarının rəhbərinin, deyildiyi kimi işğalçı xuntanın rəhbəri ilə görüşməsi, bu və digər məsələlərlə bağlıdır. Yəni, silahları təhvil vermək, ərazini boşaldmaq və s. kimi məsələləri müzakirə etmək üçündür. Onlara bu səlahiyyət ona vörə verilib ki, bu quldurlarla görüşüb ərazini boşaltmaq kimi məsələləri müzakirə etsinlər.  Orada çəkilən şəkillərə görə isə narahat olmaq lazım deyil. Bu ermənilərin təbliğat üsuludur. Minsk qrupunda ABŞ və Fransanın aktivliyinə gəlincə, artıq onların "qatarları" çoxdan gedib".
 
Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr