Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu Bilal Haye ilə görüşüb

19:02 18-11-2020 | icon 476 | Siyasət
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu Bilal Haye ilə görüşüb

"Xoşbəxtəm ki, belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəm"

 

Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüblər.

 

Versus.Az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.

 

Qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistan Azərbaycanın yanında olub, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəkləyib:

 

 

 

 

"Pakistanın rəhbərliyi, parlament, dövlət və hökumət rəsmiləri o çətin günlərdə ölkəmizə dəstəklərini sosial şəbəkələrdə də ifadə ediblər. Bütün bunlara görə Pakistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk".

 

Söhbət zamanı Qənirə Paşayeva ölkələrimiz arasında mədəni, iqtisadi, təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb və bu istiqamətdə atılan addımlardan söz açıb. O, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib. Səfirin diqqətinə çatdırıb ki, başçılıq etdiyi Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisin beynəlxalq əlaqələri sahəsində fəaliyyət göstərən ən böyük qruplardan biridir.

 

Görüş zamanı Pakistanın ölkəmizdəki səfiri Bilal Haye öncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini yetirib:

 

 

 

 

 

"Xoşbəxtəm ki, belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyəm. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. Və bu qələbənin qazanılmasında Milli Məclisin də böyük payı var".

 

Görüşdə iştirak edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Rzayev və Sadiq Qurbanov vurğulayıblar ki, dost dar gündə tanınar:

 

"Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq".

 

Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub. Ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr