“Böyük qələbənin, böyük birliyin təntənəsi bu olsa gərək”
Könül İsmayılova: “Bu gün artıq bir dövlət olaraq kim yanımızda, kim kənardadır bilirik”
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında səfərdə olublar. Ölkə başçısı bu rayonlarda çıxışlar edərək işğaldan azad edilmiş torpaqlarda icra edilən və ediləcək layihələrdən danışıb.
Ali Baş Komandanın və birinci xanımın işğaldan azad edilmiş torpaqlara səfərlərini Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib ki, böyük qələbənin, böyük birliyin təntənəsi bu olsa gərək.
K.İsmayılova deyir ki, ölkə başçısının çıxışlarındakı əminlikdən xalqda inam yaranıb ki, tezliklə Qarabağa həyat qayıdacaq:
“Apardığımız Vətən Müharibəsində Azərbaycana dost və düşmən ölkələr bir daha bəlli oldu. Və bu gün artıq dövlət olaraq kim yanımızda, kim kənardadır bilirik. Yəqin ki, Azərbaycan bundan sonrakı xarici siyasətənə bir daha baxacaq. Cənab Prezident bu gün açıq şəkildə bəyan edir ki, Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə təkbaşına bu müharibədə zəfər çalıb. Və bu gün Ali Baş Komandan azad edilmiş rayonları qarış-qarış gəzir, əsgərlərlə görüşür, qarşıda duran abadlıq, yenidənqurma planlarından danışır. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu səfərdə hərbi formada Prezidentlə çiyin-çiyinə olması da düşmənə bir mesajdır. Paşinyanın hərbi hazırlıq təlimləri keçən xanımı Akopyan görüb-götürsün ki, bu hərbi formanı hansı zamanda geyinmək olar”.
İlham Əliyevin səfər çərçivəsindəki çıxışına diqqət çəkən K.İsmayılova Azərbaycan hökumətinin işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcəyinin, bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqlarının tikiləcəyini, bütün infrastrukturun yaradılacağını, küçələr, parklar, xiyabanlar salınacağını, bütün şəhərlərdə qələbə abidələrinin ucaldılacağının Prezident tərəfindən səsləndirilməsinin qarantlı olduğunu qeyd edib:
“Cənab Prezidentin də dediyi kimi, Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.
Prezidentin çıxışındakı bir məqama da diqqət çəkmək istəyirəm. Prezident dedi ki: “Düşmən mütləq məsuliyyət daşımalıdır. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir. Bütün dünya erməni vandalizm aktlarının şahididir. Mənfur düşmən vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir”.
Prezidentin də dediyi kimi, bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir”.
MMP sədr müavini qeyd edib ki, Ali Baş Komandanın qətiyyətli və davamlı mübarizəsindən də aydın görünür ki, Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”