Hafiz Hacıyev: "O isə sırtıq üzünə salıb hakimiyyəti əldən vermək istəmir"
“Onun erməni xalqına verdiyi yanlış informasiyalar, Ermənistanda müxalifəti pis vəziyyətə salması, düz sözü eşitməməsi, həqiqəti qulaqardına vurması və təkbaşına qərarlar qəbul etməsi sonda bu nəticələrə gətirib çıxardı. Düşünürəm ki, bu günlərdə onun hakimiyyətdən getməsi gözlənilir”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri Paşinyanın mühafizə xidmətini gücləndirməsinin onun köməyinə çata bilməyəcəyini və erməni xalqının onu yola salacağını bildirib:
“Ermənistan artıq bir dövlət kimi dünya siyasi meydanından getmək üzrədir. Paşinyanın, mən ona qaşinyan deyirəm, səhv hərəkətləri, hesablanmamış addımları, təlxəkliyi, səyliyi Ermənistanın olmayan dövlətini çökdürdü. Ona görə artıq Ermənistanda millət güclü şəkildə Paşinyana qarşı birləşib və onun isefasını tələb edirlər. Amma o isə sırtıq üzünə salıb hakimiyyətdən getmək istəmir. Paşinyan özünü müəyyən vasitələrlə qorumağa çalışır, qorxusundan bir çox tədbirlərə qatıla bilmir. Amma düşünürəm ki, Paşinyanın siyasi səhnədə qalması çox çətin olacaq. Onun bundan sonra hansı addımlar atması, nə edəcəyi bilinmir. O, son zamanlar hökumətin bəzi üzvlərini istefaya göndərərək onları yenisi ilə əvəz edir, amma erməni xalqı bunu da qəbul etmir. Onun erməni xalqına verdiyi yanlış informasiyalar, Ermənistanda müxalifəti pis vəziyyətə salması, düz sözü eşitməməsi, həqiqəti qulaqardına vurması və təkbaşına qərarlar qəbul etməsi sonda bu nəticələrə gətirib çıxardı".
H.Hacıyev hesab edir ki, bu günlərdə onun hakimiyyətdən getməsi gözlənilir. Hələlik onun qanının arasına Rusiyadan sülhməramlı adıyla Azərbaycana gələn qüvvələr girib:
"Paşinyan bununla nəyisə əlində saxlamaq istəyir. Hələlik Ermənistanda vəziyyət çox gərgindi, ağırdı və Azərbaycanın uğurlu siyasəti və Dağlıq Qarabağda apardığı uğurlu əməliyyatlar, torpaqlarımızın işğaldan azad edilməsi erməni xalqının heç yuxusuna da girmirdi və onlar düşünürdülər ki, Paşinyanın verdiyi yalançı məlumatlar onları harasa aparacaq".
MMP sədri vurğulayıb ki, Ermənistan adlı dövlət olmayıb, Zəngəzur da, İrəvan da Azərbaycanın olub:
"Yüz illik müqavilənin də müddəti bitir və biz o məsələni də qaldırmalıyıq. Bütün bu məsələlər qaldırılandan sonra Paşinyanın əlində heç bir arqument olmayacaq və onun uduzmasını, xalqı aldatmasını, Dağlıq Qarabağda milləti qırdırmasını qeyri-ciddi adam təəssüratı bağışlamasını erməni faşistləri dərk edəcək. Düşünürəm ki, çox yaxın müddətdə Paşinyan çox biabırçı şəkildə siyasi səhnədən gedəcək və həbs ediləcək”. /Moderator.az/
Versus.Az