Partiya sədri özünü təcrid edib
Fuad Əliyev mütəmadi olaraq həkimlərin nəzarətindədir
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev koronavirusa yoluxduğundan özünü təcrid edib.
Versus.Az xəbər verir ki, şənbə günü aparılan müayinədən sonra partiya sədrində virusun aşkarlandığı üzə çıxıb.
Həkimlərin məsləhəti və təlimatlara riayət edərək F.Əliyev özünü təcrid edib.
Məlumatda o da bildirilir ki, F.Əliyev mütəmadi olaraq həkimlərin nəzarətindədir və özünü yaxşı hiss edir.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”