Deputat təxribatçı qətnamənin qəbulu “prosesini” ifşa etdi

09:34 05-12-2020 | icon 483 | Siyasət
Deputat təxribatçı qətnamənin qəbulu “prosesini” ifşa etdi

Jerom Lamber: "Belə riyakarlıq Fransa ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərir"

 

“Debatlar zamanı Milli Assambleyada idim. Üç deputat səsə qoyulan qətnamə təklifinin əleyhinə səs verdi. Zalda cəmi 120 deputatdan və digər nümayəndələrdən ibarət 200 nəfər var idi. Deputatların yarısı yox idi. Debatlarda qətnamənin lehinə olan deputatlara söz verildi. Bununla da Assambleyada söz azadlığı pozuldu”.

 

Bu fikirləri Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin müzakirəsi ilə bağlı AZƏRTAC-a müsahibəsində söyləyib.

 

O bildirib ki, debatlarda yalnız ermənipərəst deputatlara çıxış üçün şərait yaradılıb:

 

“Digər deputatlar Assambleyanın bu toplantısından qəsdən uzaqlaşdırılıb. Milli Assambleyanın 577 deputatından yalnız 188-i qətnamənin lehinə səs verib.

Onların hamısı erməni mənşəli seçiciləri olanlardır. Əlbəttə, biz Milli Assambleyada bu cür siyasi oyunları qətiyyətlə pisləyirik. Belə riyakarlıq Fransa ilə Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərir. Biz bundan təəssüf hissi keçiririk”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr