“O Şəhidlər Azərbaycana Zəfər gününü bəxş etdi”

20:04 04-12-2020 | icon 316 | Siyasət
“O Şəhidlər Azərbaycana Zəfər gününü bəxş etdi”

Razi Nurullayev: “Qarabağda qalan ermənilər Azərbaycan bayrağının altından keçməlidir”

 

Dekabrın 4-də bütün Azərbaycan torpaq uğrunda canını verən Şəhidləri 1 dəqiqəlik sükutla yad etdi. Həmin an bütün Azərbaycan gəmilərinin fit səsi,  avtomobillərin siqnal səsi, insanların səssiz duası ilə Şəhidləri andılar. O Şəhidlər ki, Azərbaycana Zəfər gününü bəxş etdi...O şəhidlər ki, düşməni kapitulyasiyaya məcbur etdi... Və bu gün Qarabağ uğrunda savaş yeni diplomatik mərhələdə davam edir...

 

Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev maraqlı nüanslara diqqət çəkib.

 

Razi Nurullayev anım və Zəfər günləri ilə bağlı açıqlamasında bildirib ki, bu günün əzəməti Azərbaycanın yaddaşına həkk olunmaqla, bu böyük tarixi heç kimə unutdurmayacaq:

 

“8 noyabrda Zəfər Gününün qeyd edilməsi Azərbaycanın gözəl bayramlarından birinə çevriləcək. Çünki məhz bu gün bizim 30 illik torpaq həsrətimizə son qoyuldu. Məhz 8 noyabr tarixi azərbaycanlıları birləşdirən, inteqrasiya prosesində yeni bir səhifə açmış oldu. Düşünürəm ki, bir çox insanlar Azərbaycanın daha güclü siyasi mədəniyyətə sahib olması, dövlətçiliyin inkişafı üçün məhz bu tarixə görə birləşəcəklər. Dünən dünyada yaşayan azərbaycanlılar şəhidlərimizn anım gününü qeyd etdilər. Bu, torpaqlarımızı bizə qaytaran, canını, qanını verən  şəhidlərimizin ruhunu şad etdi”.

 

R.Nurullayev bildirib ki, bu anım günündə iştirak edən hər bir Azərbaycan vətəndaşı birinci növbədə Dağlıq Qarabağda zəfər qazandığını hiss edəcək. Bu anım günü millətin birliyini, millətin bütün dünyaya olan birlik, ədalət mesajını çatdıracaq:

 

“Bu, həm də o deməkdir ki, Azərbaycan xalqı şəhidlərini, yaralılarını, şəhid ailələrini, əlillərini unutmayacaq və bundan sonra da onlar üçün əlindən gələni edəcək”.

 

Millət vəkili bildirib ki, 2783 şəhidin şəhadətə qovuşduğu 44 günlük Vətən müharibəsində qazandığımız bu Zəfər, Qarabağ müharibəsi başlayandan bu günə qədər torpaqlarımızda şəhid olan bütün Azərbaycan oğullarının, qızlarının ruhunu andı:

 

“Bizim üçün istər 1-ci Qarabağ müharibəsində, istər bu günə qədər keçən atəşkəs dövrü ərzində şəhid olan qardaşlarımız, vətəndaşlarımız, 2016-cı ilin aprel döyüşlərində şəhid olan qardaşlarımız hər biri əzizdir. Onlar Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün canlarını veriblər və bu anım onların ruhlarının şad olunması üçündür. Şəhidlərin ruhuna Azərbaycan xalqının göstərdiyi sayğının göstəricisidir”.

 

R.Nurullayev bildirib ki, sonrakı mərhələdə Qarabağda bizi narahat edən məsələləri aradan qaldırmaq üçün daha böyük birlik nümayiş etdirməli və güclənməliyik:

 

“İstənilən müharibədə 100 faizlik qələbə bir anın içində əldə olunmur. Qələbə, yaxud kapitulyasiya aktı qəbul ediləndən sonra digər məsələlər mübahisə predmetinə çevrilir. Amma bu ona görə Zəfər günüdür ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü müzakirə predmeti deyil. Azərbaycan ərazisində yaşayan ermənilərin Azərbaycanın daxilində status alması müzakirə mövzusu olmayacaq. Bunlar hamısı aydın olduğuna görə, rahatlıqla demək olar ki, Azərbaycan xalqı bunu Zəfər günü kimi qeyd etməlidir”.

 

Millət vəkili bildirib ki, Qarabağda yaşayan ermənilərin,  silahlıların olması Azərbaycanı narahat edən bir faktdır:

 

“Çünki hazırda üçtərəfli bəyanata əsasən məsələlər tam aydın edilməyib. Üçtərəfli bəyanata əlavələr edilib, müzakirələr aparılacaq. Bu müzakirələrin sonu suveren, müstəqil bir ölkənin ərazisində separatçı qurumun silahlı qüvvələrinin, separatçı qüvvələrin özünüidarəetmə orqanlarının olmasına imkan verə bilməz. Təbii ki, Qarabağda Azərbaycanın idarə üsulu olacaq Qarabağda yaşayan ermənilər Azərbaycanın onlara təklif etdiyi bu üsulu qəbul etməlidirlər. Qarabağda qalan ermənilər Azərbaycanın Bayrağının altından keçməlidirlər”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr