Yeni müharibə ehtimalı mümkündürmü?

20:34 08-12-2020 | icon 301 | Siyasət
Yeni müharibə ehtimalı mümkündürmü?

“Türkiyə sülhmərmalı qüvvələri də Xankəndində təmsil olunmalıdır”

 

Rusiyanın "Sülhməramlı qüvvələrinin" gəlişi və Xankəndində proseslərdə təktərəfli qərarlar verməsi, Mosvkanın burada mövqeyinin gücləndirilməsinə xidmət və razılaşdırılan bəyannəməyə zidd davranışlar kimi önə çəkilir. “Rusiya sülhməramlı”larının Azərbaycan ərazilərində erməniyə “humanitar” dəstək verməsi ermənilərdə yenidən ərazilərə sahiblənmək ümidini yaradıb. Erməni işğalçıları rusun dəstəyindən o qədər ruhlanıblar ki, artıq Türkiyəyə qarşı kəskin çıxışlar edir və Türk Ordusunun Azərbaycana - Qarabağa gəlişinə qadağaların tətbiq olunmasnı bəyanlayırlar. Mövcud vəziyyət, “yeni müharibə ehtimalını artıra bilərmi” -sualını yaratmaqla yanaşı, reallığın gərgin olduğunu ortaya qoyur. Məsələ müxtəlif aspektlərdə araşdırılır.

 

Versus.Az xəbər verir ki, bu barədə şərh verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan və Türkiyə tandeminin güclənməsi gələn ildən Rusiyaya qarşı beynəlxalq birliyin təzyiqləri, xüsusilə ABŞ-ın sanksiyaları Rusiyanın regionda mövqeyini zəiflədəcək.

 

 

"Qərb Moskvaya Cənubi Qafqazda istədiyi bir siyasi planın reallaşdırmasına imkan verməyəcək"

 

NATO-nun 1-2 dekabr konfransında məhz Rusiyanın Qarabağda fəaliyyəti narahtlıq kimi qiymətləndirilməsi Moskva üçün yeni bir çətin mərhələnin başlanğıcı olacaq.

 

Politoloq qeyd edib ki, Qərb Moskvaya Cənubi Qafqazda istədiyi bir siyasi planın reallaşdırmasına imkan verməyəcək:

 

“Nikol Paşinyan hakimiyyətini saxlaya bilərsə, Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu bu ölkədə etirazlara yol açacaq. Bu da mövcud siyasi müstəvidə Rusiya üçün bir problem ola bilər. Təbii ki, Rusiya Qarabağın kiçik bir hissəsinə sülhün təminatçısı kimi gəlməyib. Bura öz maraqlarını qorumaq və erməniləri müdafiə edərək, gələcək perspektivdə onlardan istifadə etmək planına malikdir. Qeyd edim ki, Xankəndində olan separatçılar Rusiyanın Xocalı aeroportundan istifadə etməsini israr edirlər. Moskvada aeropartun istifadəsində maraqlıdır. Öz hərbi təyinatlı yüklərini ucuz və qısa yolla Qarabağa daşısın. Belə olan təqdirdə, Moskvanın Qarabağda "sülhmərmalı" kimi deyil, öz hərbi potensilaını gücləndirib, gələcək perspektivdə təzyiq rıçaqı formalaşdırmasına hesablanıb. Təbii ki, Azərbaycan buna icazə verə bilməz”.

 

Politoloq bildirib ki, hazırda Dağlıq Qarabağda ermənilərin sosial, humanitar probelmlərini Rusiya qarşılayır və infrasturukturun bərpasını reallaşdırır. Moskvanın Xankəndiyə azərbaycanlıların köçürülməsinə qarşı çıxacağı mümkündür. Buna əlavə bəhanələr gətirəcək:

 

“Ümumiyyətlə, Türkiyə Rusiya arasında fikir ayrılıqları yaşanarasa və Azərbaycanla müəyyən problemlər ortaya çıxarsa, Rusiyanın erməniləri orada silahlandırmasına heç kim zəmanət verə bilməz. Ən yaxşı halda yeni bir danışıqlar prosesi başlamalı, BMT mandatı altında Xankəndiyə sülhmərmalı qüvvələr yerləşdirilməlidir. Hətta BMT mandatı altında Türkiyə sülhmərmalı qüvvələri də Xankəndində təmsil olunmalıdır.

Azərbaycana qarşı mümkün təzyiqləri neytarllaşdırmaq üçün Azərbaycan-Türkiyə ittifaqı güclənməlidir. Azərbaycanın Xankəndi, Xocavənd və Ağdərədə də bayrağı mütləq dalğalancaq. Azərbaycan bu mərhələdə də qələbəyə nail olacağı şübhəsizdir və biz ona görə müharibəyə başlayıb əraziləri işğaldan azad etmədik ki, kiçik bir ərazidə ermənilərə status verilsin və Rusiya burada güclənsin”.

 

 

“Ermənilər Azərbaycana və Türkiyəyə qarşı təxribatlarından qalmırlar”

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Moskvaya iki günlük səfəri (6-7 dekabr) və rusiyalı həmkarı Sergey Lavrovla görüşü tanışlıq məqsədi daşıyırdı. Nazirlər birgə mətbuat konfransında görüşdən və müzakirələrdən məmnun qaldıqlarını ifadə ediblər. Erməni nazir rusiyalı həmkarını İrəvana səfərə dəvət edib. Görüşdə rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı fəaliyyəti barədə də müzakirə aparılıb.

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Erməni nazir Lavrovun əhatəsində Türkiyənin əleyhinə danışmağı da unutmayıb:

 

“Türkiyə silahlı qüvvələri və terrorçu dəstələri Dağlıq Qarabağdan və ümumiyyətlə Cənubi Qafqazdan çıxarmalıdırlar. Türkiyə Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamağa təşviq edib. Beynəlxalq aləm Türkiyəyə təzyiqi artırmalıdır. Türkiyənin bölgəyə gətirdiyi silahlı qüvvələrin bölgəni tərk etməsinə dair işarələr yoxdur. Əksinə, Azərbaycan həmin qrupları Dağlıq Qarabağın işğal oldunmuş bölgələrdə yerləşməyə çalışır. Hər cümləsi yalandır. “Terrorçu dəstələr” deyib tutublar, ortada faktları yoxdur. Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizi məskunlaşdıran bunlar, indi yalandan deyirlər ki, Azərbaycan hardansa gətirdiyi qrupları bölgədə yerləşdirməyə çalışır. Salamat ev qoymusuz ki, kimsə hardasa yaşasın?”

 

Politoloq bildirib ki, mətbuat konfransında jurnalistlərdən birinin Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması imkanlarına dair Ayvazyana verdiyi suala və cavaba diqqət çəkib:

 

“Erməni nazir suala cavabında da əsl mahiyyətini ortaya qoyub -“Ermənistanda soyqırım qurbanlarının davamçıları yaşayır. Biz bu tarixlə yaşayırıq”-deyib. Yəni demək istəyir ki, “tarixləri” onlara Türkiyə ilə münasibətləri normallaşdırmağa imkan vermir. Bu ölkə düzəlmək istəmir. Ağır məğlubiyyətlə üzləşiblər, ordularını və gənclərini itiriblər, yenə də Azərbaycana və Türkiyəyə qarşı təxribatlarından qalmırlar. Ara Ayvazyan Moskvada deyir ki, Türkiyə Cənubi Qafqazdan çıxmalıdır. Nökərin olduğun Rusiya Türkiyə ilə Qarabağda monitorinq mərkəzi yaradır, birgə patrul xidməti müzakirə olunur, üstəgəl Türkiyə hərbçiləri Azərbaycanda yerləşəcək və Moskva buna etiraz edə bilmir, erməni nazir hələ də dar düşüncəsiylə deyir ki, beynəlxalq aləm Türkiyəyə təzyiq etsin. Amerika və Avropa Ankaraya təzyiq edib nəticə əldə etmirlər, onlar erməniyə görə Türkiyəni Cənubi Qafqazdan necə çıxaracaqlar? Görəsən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dar düşüncəli yeni erməni nazirlə nəyi müzakirə edəcək?”-deyə politoloq, onlarla danışığın heç bir mənasının olmadığını önə çəkib.

 

LƏMAN
Versus.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr