“And içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”

14:33 10-12-2020 | icon 281 | Siyasət
“And içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”

İlham Əliyev: "Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır”

 

“Bizim məqsədyönlü siyasətimiz nəticəsində münaqişə, Qarabağın taleyi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır”.

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Paradında çıxışı zamanı bildirib.

 

Prezident bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb:

 

“Eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik.

Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə üstünlüyümüz özünü qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi”.

 

“Mən son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, hərbi yollarla biz bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.

 

Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu. Tarixi ədaləti və beynəlxalq hüquq bərpa etdi”, - deyə İ.Əliyev qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr