"O savaşdan narahat olanların narahatlığı keçəcək və həqiqəti dərk edəcəklər"

18:12 10-12-2020 | icon 379 | Siyasət
"O savaşdan narahat olanların narahatlığı keçəcək və həqiqəti dərk edəcəklər"

İqbal Ağazadə: “Qələbə Paradı bizim millətin həyatında yeni bir dönəm, yeni bir çığır açacaq”

 

“Qələbə bir xalqın, dövlətin, cəmiyyətin həyatında olduqca vacib elementlərdən biridir. Qələbə həmişə insanları fərqli düşüncəyə aparır, onu daha güvənli, daha qətiyyətli edir. İnsanlar fərdi həyatlarında qələbə qazandıqca, daha yaxşı insan olmağa, sevgi ilə yaşamağa çalışırlar. Dövlətlər, xalqlar da   belədir. Bu Qələbə Paradı bu mənada gələcək inkişafımız, bütövləşməyimiz üçün böyük əhəmiyyətə malikdir”.

 

Versus.Az bunu Qələbə Paradı ilə bağlı düşüncələrini bölüşən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

 

Partiya deyib ki, bu gün baş tutan Qələbə Paradı bizim millətin həyatında yeni bir dönəm, yeni bir çığır açacaq:

 

“Azərbaycan və onun vətəndaşı diz üstündə qalmış obrazdan, ayaq üstə, qürurla dayanan vətən, insan obrazına keçəcək. İnsanlarımız özünün, dövlətin gələcəyini qurmaq üçün daha savadlı, daha açıq və daha təmkinlə irəliləyəcəklər. Hesab edirəm ki, bu bizim üçün olduqca vacib elementlərdəndir”.

 

İ.Ağazadə eyni zamanda bildirib ki, neçə ki, erməni kimi qonşularımız, ərazilərimizdə yaşayan ermənilər var, problemlərimiz olacaq. Ona görə də, millət olaraq gücümüz, təmkinimiz, səbrimiz çatmalıdır ki, bu problemləri addım-addım çözək və doğrudan da Cənubi Qafqazın samballı dövlətinə, çevrilək.

 

Partiya sədri bu paradla rahatlığı pozulanlara da mesajını verib. O, hesab edir ki, regionda rahatlığı pozulan dövlətlərin narahatçılığı bu parada görə deyil.  Onların narahatlığı baş verən savaşın nəticələrinə görə, 1 ay qabaq, noyabrın 8-də Şuşanın geri alınması ilə bağlı yaranıb:

 

“Bu narahatlıq artıq geridə qaldı. Hər kəs bu müharibədən öz hesabını götürüb. Artıq bundan sonra onlar Azərbaycanla bağlı maraq və düşüncələrini necə formalaşdıracaqlarını düşünməlidirlər. Biz milletarist, aqressor dövlət deyilik. Biz öz torpaqlarımızı işğaldan azad etmişik. Biz ərazimizdə kimsəni soyqırıma məruz qoymamışıq. Hətta bizi öz ərazimizdə soyqırıma məruz qoysalar da, biz bu müharibədə çox humanist və beynəlxalq hüquqa, müqavilələrə, hərbi qanunlara uyğun olaraq savaş apardıq. O savaşdan narahat olanların narahatlığı keçəcək və həqiqəti dərk edəcəklər. Biz həqiqəti çatdırmağı bacarmalıyıq”.

 

İ.Ağazadə Türkiyə əsgərinin Azərbaycanın Qələbə Paradında iştirakından narahatlıq hissi keçirənləri birmənalı qarşılamadı. Partiya sədri Türk Ordusu ilə Azərbaycan ordusunu bir-birindən ayırmadığını önə çəkdi. Bu prosesdən narahat olanlara dedi ki, Türkiyə-Azərbaycan Birliyi başqa dövlətlərin torpaqlarını işğal etməyə və yaxud da müharibə mesajı verməyə yönəlməyib:

 

“Bu, sülh qardaşlıq, bərabərlik mesajıdır. Bizim qardaşlıq mesajının kiminsə həyatında mənfi rol oynayacağını düşünmürəm. Harda Azərbaycan var, orda Türkiyə, harda Türkiyə var orda Azərbaycan var. Biz bu proseslərə belə baxırıq. Türkiyə əsgəri ilə birgə paradda iştirakımıza qəribə, təəccüb, hətta sevinclə yanaşma mərhələsini adlamışıq. Digər ölkələrini burda qeyri-adilik axtarmasına gəlicə, bu  bizi maraqlandırmamalıdır. Məsələlərə başqalarının düşüncə və maraqlarından çox, özümüzün maraqlarına uyğun yanaşmalıyıq”./hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr