"Viza ilə bağlı imzalanan sənədin ardınca, deportla bağlı yumşaldıcı sənədə ehtiyac var"

18:00 11-12-2020 | icon 489 | Siyasət
"Viza ilə bağlı imzalanan sənədin ardınca, deportla bağlı yumşaldıcı sənədə ehtiyac var"

Ramiyə Məmmədova: “Pandemiyada deport alan vətəndaşlarla bağlı sənədin imzalanmasına da ehtiyac var”

 

Xəbər verdiyimiz kimi, dekabrın 10-da Azərbaycan və Türkiyə hökumətləri arasında qarşılıqlı vizadan azadetmə haqqında müqavilə imzalanıb. İmzalanmış Protokol qüvvəyə mindikdən sonra hər iki ölkənin vətəndaşları artıq şəxsiyyət vəsiqəsi ilə vizasız səfər edə, 90 gün vizasız qala biləcəklər. Qeyd edək ki, ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması Azərbaycan tarixində ilkdir. Vizasız gediş-gəliş müəyyən aspektlərdə təhlil olunmaqla yüksək dəyərləndirilir.

 

Versus.Az xəbər verir ki, bunu şərh verən Türkiyədə “Word  Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova sazişi yüksək dəyərləndirib. O, bir sıra mühüm məsələlərin həllinin vacibliyinə diqqət çəkib.

 

Politoloq dekabrın 10-da keçirilən Hərbi Paradda Azərbaycan-Türkiyə prezidentlərinin, eləcə də iki qardaş ölkənin hərbi arsenalının iştirakını, Tükiyə ilə strateji əməkdaşlıq, Konfederasiya, Türk Birliyi Formasiyasının yaradılmasına doğru gedən mühüm proses kimi yüksək dəyərləndirib. Onun fikrincə, bu bərabərlik “bir millət iki dövlət” şüarının daha da inkişaf etdirilərək, “bir millətin, bir türk dövləti” kimi inkişafını ehtiva edir.

R.Məmmədova eyni zamanda Türkiyə ilə Azərbaycan arasında imzalanan sənədlərin əhəmiyyətinə diqqət çəkib. O, bildirib ki, iki ölkə arasındakı vizasız rejimin tətbiqi, iki qardaş dövlətin münasibətlərində yüksək inkişafdan xəbər verir. Onun sözlərinə görə, bu, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı baxımından böyük üstünlüyə malikdir:

 

“Artıq azərbaycanlılar şəxsiyət vəsiqəsi ilə Türkiyəyə gedib 3 ay müddətində orda qala biləcəklər. Bu hər iki ölkə üçün iqtisadi, siyasi, mədəni əlaqələrin yüksəldilməsi, inkişafı baxımdan çox əhəmiyyətlidir. Türkiyə-Azərbaycan arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş, insanların sərhədlərdə qarşılaşdığı problemərinin aradan qaldırılmasını nəzərdə tutur. Şox yaxşı olardı ki, vizasız gediş-gəliş pandemiya dövründə Vizaları gecikdikləri üçün deportasiya edilən vətəndaşlara da şamil edilsin. Çünki deport alan bir çox azərbaycanlı var ki, bu səbəbdən Türkiyədə qurduqları işlərini davam etdirməkdən məhrum ediliblər”.

 

R.Məmmədova bildirib ki, pandemiyanın bəşəriyyət üçün yaratdığı təhlükə bütün sərhədləri aşaraq dövlətlərin öz qapılarını qapatmasına səbəb oldu. Pandemiya, həmçinin mövcud şərtlərə uymağa məcbur olan ölkələrdə vətəndaşların sərhədlərdə yaşadığı natamamlıqları, süni böhranları da meydana çıxartdı. Politoloq belə bir natamam vəziyyətin Türkiyə-Azərbaycan Gömrük Məntəqələrində hələ ötən ilin avqust ayından yaşandığını önə çəkib:

 

“İllərdir azərbaycanlı ailələr Türkiyədə oturum ala bilmədikləri üçün əziyyət çəkir, uşaqları təhsil ala bilmir, çox ailələr oturma izninin olmaması səbəbindən Azərbaycana gəlib öz doğmaları ilə görüşə bilmirlər. Çünki anlayırlar ki, geriyə dönüş olmayacaq. Biz Türkiyədə də bu problemləri qaldırır, insanlarımızın orada yaşamasını asanlaşdırmaq və onların hüquqlarının tanınması yönündə mətbuat vasitəsi ilə müraciətlər edirdik. Lakin problem hələ də qalır".

 

Politoloq bildirib ki, Azərbaycan vətəndaşları bu gün növbəti çətinliyi pandemiya ilə bağlı sərhədi keçərkən yaşamalı olublar. Belə ki, pandemiya səbəbindən Türkiyə Gömrüyündə sərhədi vaxtında keçə bilməyən yüzlərlə Azərbaycan vətəndaşına heç bir güzəşt, yaxud xəbərdarlıq edilmədən deport cəzası vurulub.

R.Məmmədova hesab edir ki, viza ilə bağlı imzalanan sənədin ardınca, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna istinad edərək, pandemiyada deport alan vətəndaşlarla bağlı yumşaldıcı sənədin imzalanmasına ehtiyac var.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr