“Heydər Əliyevin ruhu daha rahat olacaq”

19:12 12-12-2020 | icon 311 | Siyasət
“Heydər Əliyevin ruhu daha rahat olacaq”

Bu, ulu öndər Heydər Əliyevin arzuladığı Azərbaycan idi

 

Dekabrın 12-si ulu öndər Heydər Əliyevin anım günüdür. Bu münasibətlə dekabrın 11-də YAP-ın bir çox üzvləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarətçilər ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

Görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Versus.Az Hafta.az-aistinadən ulu öndərin anım günü ilə bağlı YAP nümayəndələri, eləcə də millət vəkillərinin ulu öndərlə bağlı xatirələrini bölüşüb.

 

 

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbədən söz açaraq, bu günümüz üçün Ulu Öndərə, Onun layiqli davamçısı Prezidentimiz İlham Əliyevə borclu olduğumuzu qeyd edib.

 

Millət vəkili bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın taleyində günəş kimi parlayıb, qüdrətli dövlət xadimi kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub:

 

“Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezidentimiz İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı”.

 

N.Həmzəyev Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.

 

 

YAP-ın üzvü, politoloq Rufiz Qonaqov bildirib ki, xalq ümummilli lider Heydər Əliyevin dağum və anım günlərini xüsusilə xatırlayır, böyük ehtiramla yad edirlər. Azərbaycanın bugünkü inkişaf yolundan, möhtəşəm qələbəsindən danışan R.Qonaqov xüsusi ilə qeyd edib ki, ölkəmizin bu günkü inkişafı, zəfəri, qələbəsi ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsində əldə edilib:

 

“Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin tarixində rolu çox böyükdür. Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində, vətəndaş mühribəsi təhlükəsinin ölkəmizdən kənarlaşdırılmasında, xalqımızın bir araya gəlməsində, səfərbər olmasında, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsində, ordu quruculuğunda, bütün sahələrdə ümummilli liderin danılmaz xidmətləri var. Ümummilli liderimiz  keçmiş SSRİ məkanında, dünya miqyasında da tanınmış, güclü siyasətçilərdən biri kimi qeyd olunub. Onun adı hər zaman ən nüfuzlu siyasətçilər sırasında çəkilib”.

 

R.Qonaqov bu mənada xalqımızın Heydər Əliyevin ziyarətinə gedərkən əhval-ruhiyəsinin daha da yüksək olacağını deyib:

 

“Çünki biz iki gün öncə zəfər paradımzı keçirtdik. Artıq ərazi bütövlüyümüz təmin olunub, Ermənistan üzərində qələbə qazanmışıq. 30 il davam edən münaqişəni biz 44 günlük müharibədə qələbə ilə başa vurmuşuq. Bu, ulu öndər Heydər Əliyevin arzuladığı Azərbaycan idi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə ilk növbədə ordumuzun qurulması, möhkəmləndirməsi üçün əvəzsiz xidmətlər göstərdi. Elə o vaxt da döyüşlər getdi, sonradan beynəlxalq güclərin təzyiqləri nəticəsində münaqişənin həlli ATƏT-in Minsk qrupuna tapşırıldı. Minsk qrupu münaqişənin həlli ilə bağlı heç bir iş görmədi. Ona görə də, Azərbaycan öz ərazisini hərb yolu ilə azad etmək məcburiyyətində qaldı və biz zəfər çaldıq. Prezident İlham Əliyev, ulu ömdər Heydər Əliyev məqsədini məharətlə həyata keçirdi”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr