Minsk qrupunun hayasızlığı

09:33 14-12-2020 | icon 387 | Siyasət
Minsk qrupunun hayasızlığı

Dinarə Məmmədova: "ATƏT-in Minsk qrupunun yeri, süpürülməmiş yerdədir"

 

"Kabab iyinə gələn “kabab mütəxəssizlər” olan ATƏT-in Minsk qrupunun həmsədrləri deyəsən bu dəfə kabab yeməyib getdilər. Deyirəm belə də hayasızlıq olar? 30 ilə yaxın bizim başımızın altına yastıq qoyan, 44 gün ərzində susan bu turist qupu indi, dəvət olunmamış gəliblər və deyirlər ki, biz də varıq".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib:

 

"Atalar sözü var: Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın Ermənistan hərbi xunta hökumətinin işğalçılıq siyasətinə göz yumur, təxribatlara, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə seyrici mövqe nümayiş etdirir. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bir institut kimi kimə və nəyə xidmət etdiyi və onun fəaliyyətinin əhəmiyyətinin nədən ibarət olduğu hələ də məlum deyil. Bu da ATƏT Minsk qrupunun passiv, mandatına uyğun fəaliyyət göstərməyən, işğalçı dövlətə qarşı təsirli tədbirlər görülməsi istiqamətində heç bir addım atmayan lazımsız qurum olduğunu göstərir".

 

Dinarə xanımın fikrincə, dövlət başçısının “mən sizi dəvət etməmişəm” sözlərindən sonra, üzr istəyib getməliydilər:

 

"Mətbuat qarşısına çıxıb deməliydilər ki, biz bu gündən ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətimizi dayandırırıq. Çünki Azərbaycan Ordusu bizim əvəzimizə işimizi gördü".

 

D.Məmmədova bildirib ki, Müzəffər Azərbaycan Ordusu ərazi bütövlüyünü bərpa etdi və buna heç kim şübhə etməsin:

 

"Bunu yazarkan, başqa bir atalar sözü yadıma düşdü: “Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar”. Elə ATƏT-in Minsk qrupunun yeri, süpürülməmiş yerdədir"

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr