ATƏT təmsilçilərinə tərs sillə

11:48 14-12-2020 | icon 609 | Siyasət
ATƏT təmsilçilərinə tərs sillə

Könül İsmayılova: “Bütün dünya bir daha görsün ki, Azərbaycan üçün ATƏT nağılı bitdi”

 

ATƏT-in Minsk qrupu həmsədrləri layiq olduqları kimi qarşılanıb, layiq olduqları kimi dinlənilib, layiq olduqları kimi də cavablarını aldılar. Mən deyərdim ki, hələ az oldu, sevinsinlər ki, ən azından dinlənildilər”.

 

Bunu Versus.Az-a ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Könül İsmayılovanın fikrincə, Prezident İlham Əliyevin həmsədrlərə - sizi mən dəvət etməmişəm, özünüz gəlibsiz, bəlkə kamera qarşısında mənə deyəcəyiniz var, buyurun deyin, yoxdursa, deyim getsinlər - deməsi ATƏT təmsilçilərinə tərs sillə olub:

 

“Bunlardakı sifətə baxın ki, bu qədər baş verənlərdən sonra durub gəliblər Azərbaycana. Elə bilirdilər ki, əvvəlki illər kimi, xoş qarşılanıb yeyib-içib gedib öz bildiklərini edəcəklər. Ağızları şirəyə batmışdı. Cənab Prezident yaxşı verdi cavabların. Qoy bütün dünya bir daha görsün və əmin olsun ki, Azərbaycan üşün ATƏT nağılı bitdi. ATƏT-ə ümid bağlayan Ermənistan da bu görüşdən öz mesajını almış oldu”.

 

K.İsmayılovanın fikrincə, sentyabrın 27-dən başlayaraq Azərbaycan Prezidentinin xarici ölkə mətbuatına verdiyi müsahibələrdə həmsədrlər barədə söylədiyi fikirlər ATƏT-ə yetərli olmayıb:

 

“Yəqin həmsədrlər üzbəüz, öz kar qulaqları ilə bunu cənab Prezidentin öz dili ilə bir daha eşitmək istəyiblər. Diqqət etdinizsə, Prezidentimiz heç onların üzlərinə də baxmaq istəmirdi, açıqdan-açığa münasibətinin müsbət olmadığını göstərirdi. Onun dəmir yumruqla bağlı dediyi fikirləri isə həmsədrlər çox narahatlıqla qarşıladı – biri qaşını qaldırdı, biri dodağını çeynədi. Yəqin ki, indiyədək bu qədər aşıq mesajla qarşılaşmamışdılar”.

 

Xanım siyasətçi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsinə də münasibət bildirdi:

 

“Bu, Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub. Haqlı olaraq sual yaranır: Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verib? Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfinən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Əminliklə deyə bilərəm ki, Azərbaycan tərəf adekvat addımlar atacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr