Sərdar Cəlaloğlu: Müharibə yenidən başlaya bilər

12:55 14-12-2020 | icon 429 | Siyasət
Sərdar Cəlaloğlu: Müharibə yenidən başlaya bilər

“Azərbaycan Rusiya sülhməramlılarını çıxarmaq üçün bəyanatla BMT-yə müraciət etməlidir”

 

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Erməni silahlıları məhz Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın ərazilərində növbəti müharibə və terror aktları törədirlər. Azərbaycan sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin hücumları nəticəsində şəhidlər verir, yaralılarımız var.

 

Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarının öz missiyasını düzgün yerinə yetirməməsindən, gündə bir xəritə cızaraq dövriyyəyə buraxmasından qəti şəkildə narazıdır. Rusiya sülhməramlıları niyə həddini aşır?

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu mövcud vəziyyətlə bağlı açıqlamasında bildirib ki, əslində Rusiya “sülhməramlı “adı ilə Azərbaycanda işğalçılıq siyasəti aparır.

 

Partiya sədri əslində Rusiyanın müharibədə Ermənmistana hansı silahlarla və necə dəstək verdiyinin bəlli olduğunu vurğulayıb:

 

“Rusiya regionda sülhün təmin edilməsi ilə bağlı öhdəliklə Qarabağa yeləşibsə, öz missiyasını doğru-düzgün yerinə yetirməlidir. Üçtərəfli bəyanatdan sonra Ermənistanla Azərbayacan arasında müəyyən sənədlər imzalanmalı idi. Bu bəyanat qeyri-müəyyən bir sənəddir. Hazırda Rusiya sülhməramlıları ermənilərə istənilən hüquqları verir, Azərbaycanın əl-qolunu bağlayır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Rusiya ilə qəti şəkildə müzakirə edib, məsələni dəqiqləşdirməlidir. Belə qeyri-müəyyən sənədlə ermənilər təzədən müharibəyə başlayacaqlar, biz də heç nə edə bilməyəcəyik. Sülhmərəmlıların özlərinə yeni xəritələr çıxarması da birmənalı olaraq Rusiyanın özbaşınalığıdır”.

 

ADP sədri bildirib ki, bu gün Türkiyə monitorinq mərkəzi də bu günə qədər bölgədə heç bir iş görməyib:

 

“Dünya açıq-aşkar Türkiyənin regiona gəlişinə qarşı çıxdığına görə, ruslar da açıq-açıq aşkar Ukrayna və Gürcüsatandakı kimi bizdə də bu işğalı sülhməramlı adı ilə həyata keçirtdi. Rusiyanın Qarabağdakı missiyası işğaldan başqa bir şey deyil. Türkiyə Rusiyanın Qarabağdakı fəaliyyətini neytrallaşdırmasa, bu,  Azərbaycan və bölgədə çox böyük problem yaradacaq.  Müharibə yenidən başlaya bilər. Əks halda, Azərbaycan Rusiya sülhməramlılarını bölgədən çıxarmaq üçün bəyanatla BMT-yə müraciət etməli, lazım gələrsə müharibə yolu ilə də öz ərazilərini işğaldan azad etməlidir”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr