“Rusiya da ağlını başına yığsın”
Hafiz Hacıyev: “Ermənilərin burnu yenidən ovulmalıdır”
“Rusiyanın sülhməramlı adı ilə Azərbaycana gəlməsi, qarışıqlıq salmaq, torpaqlarımızı ermənilərə vermək üçün atılan məkirli addım idi. Bu gün də görünür ki, həmin o sülhməramlı qüvvələr erməniləri qızışdırır, Şuşa yolunu bağlamaq istəyir, Hadrutda silahlı basqınlar törədirlər. Biz ruslara inanmaqla səhv etdik. Lakin müharibə, terror Azərbaycan ərazilərində gedirsə, biz rusaların nə hərəkət edəcəyini nəzərə almalı idik. Torpaqlar bizimdir və yenidən silahlanıb ərazilərimizi tamamilə terrorçulardan, terrora dəstək verən rus “sülhməramlılar”dan azad etməliyik”.
Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev son bir neçə gündə Qarabağda gizlənən erməni silahlılarının Azərbaycan hərbçilərinə, mülki vətəndaşlara qarşı terror törətməsi və bu prosesdə Rusiyanın erməniyə dəstək verməsi, eləcə də Rusiya hərbçilərinin ərazilərimizdə isehkanlar qurması ilə bağlı açıqlamasında bildirib.
Partiya sədri qeyd edib ki, Rusiya sülhməramlıları öz missiyasını doğru-düzgün, Azərbaycan qanunlarına, sərhədlərinə hörmət prinsipləri ilə həyata keçirməyəcəksə, Azərbaycana başqa yol qoymayacaqlar:
“Ermənilərin burnu yenidən ovulmalıdır. Biz özümüz öz problemimizi həll etməsək, nə rus sülhməramlıları, nə Amerika sülhməramlıları bizə heç nə etməyəcək. Azərbaycanın güclü ordusu var. Ordumuz yenidən hücuma keçməli, torpaqları bütün terrorçulardan azad etməlidir. Biz bu məsələdə heç kəsə güzəştə getməməliyik. Rusiyanın məqsədi odur ki, Qarabağda ikinci bir rus dövləti yaratsın. Bunun üçün də erməniləri bizim ərazilərə köçürürlər. Rusiya ermənilərdən bir yem kimi istifadə edir.
Azərbaycan bütün dünyaya bəyan etməlidir ki, biz atəşkəsin imzalanması üçün bütün addımlara əl atsaq da, ermənilər öz terorçu əməllərindən əl çəkmirlər. Mən düşünürəm ki, Ali Baş Komandanımız ATƏT-in Minsk qrupunda olan həmsədrlərə öz sözünü dedi. Biz kiminləsə razılaşmadan öz torpağımızı azad etməyə qalxmalıyıq. Bizim əksər torpaqlarımz işğal altındadır, terrorçular meşələrdə gizlənib. Biz bu istiqamətdə təxirəsalınmaz ciddi tədbirlər görməliyik”.
MMP sədri hazırda sülhməramlıların və terrorçuların olduğu ərazilərdə müdafiə istehkamlarının qurulmasının yalnız müharibəyə hazırlıq məqsədi ilə edildiyini deyib. Onun fikrincə, Azərbaycan Müdafiə Nazirliyi mütləq bu barədə Rusiyadan izahat tələb etməlidir:
“İstehkamları niyə qurursuz?! Sizin bura gəlişinizin məqsədi nədir?! Bir məsələ tamamilə aydındır, biz yenidən Ali Baş Komandanın ətrafında birləşib, yenidən torpaqlarımızın azadlığı uğrunda ayağa qalxmalıyıq. Biz Rusların Azərbaycanı yenidən işğal etməsi niyyətinin qarşısını almaq üçün var gücümüzü ortaya qoymalıyıq. Rusiya da anlamalıdır ki, Azərbaycan onun bildiyi zəif Azərbaycan deyil. Ağlını başına yığsın”. /hafta.az/
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”