Deputatdan Moskvaya MESAJ
Razi Nurullayev: “Azərbaycan sülhməramlı missiayanın sonlandırılması ilə bağlı prosedurlara başlaya bilər”
“Rusiya sühməramlıları səlahiyyət və hüquqlarından kənara çıxan işlərə girişiblər. Bu bizi nərahat edir. Məsələnin ciddi şəkildə müzakirə olunub, qətiyyətli bir qərarın verilməsini gözləyirəm. Düşünürəm ki, bu belə də olmalıdır”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev Rusiya sülhməramlılarının Qarabağda özbaşına hüdudları aşan yeni xəritə tətbiq etməsi, səlahiyyət çərçivəsini aşaraq erməni terrorçularının kəndlərimizə hücum edərək hərbçi və mülki vətəndaşlarımızı qətlə yerimələri faktına əsasən bölgədə yaranan yeni müharibə alovu ilə bağlı açıqlamasında bildirib.
Millət vəkili bölgədəki mövcud duruma əsasən sülhməramlılarla bağlı qəti mövqenin ortaya qoyulacağını istisna etməyib:
“Rus sülhməramlılarının vəzifəsi erməni qaçqınlarını gətirib orda yerləşdirmək, onlara təminat vermək, onları müalicə eləmək, başlarını sığallamaq, kredit verməkdən ibarət deyil. Sülhməramlılar özlərini BMT-nin qaçqınlar üzrə səlahiyyətli nümayəndələri kimi aparırlar. Çox təəssüfedici bir məqam yaranıb. Moskva başa düşməlidir ki, dünyada mövcud olan 40 milyonluq azərbaycanlının bunların sülhməramlı missiyasına inamını itirir. Bu, onların missiyasının Azərbaycanda davam etdirilməsinə çox ciddi maneçilik törədəcək. Birtərəfli qaydada ermənilərə qarşı məhəbbət göstərmək, azərbaycanlıları kənara atmaq, istədikləri yerdə post qurmaq, sonra o postu ləğv edib başqa yerə köçürmək, yeni xəritələr cızıb o xəritələr üzrə hərəkət etmək səlahiyyətləri yoxdur. Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Ölkənin ərazisində olan sülhməramlının vəzifəsi orada olan etnik münaqişənin, savaşın qarşısını önləmək, insan tələfatına yol verməmək və etnik təmizlənmənin qarşısını almaqdır. Onalar isə tamamən başqa işlərlə məşğuldurlar ki, bu da yolverilməzdir”.
Milət vəkili bütün baş verənlərin fonunda Moskvaya bu mesajı verdi:
“Moskva tərəfinin sülhməramlıları ilə bağlı bütün dünyada mənfi bir fikri formalaşıb. Belə bir qənaət var ki, rus sülhməramlıları harada varsa, orada münaqişə həll olunmur, münaqişə ya donur, ya da uzun müddət davam edir və sonda daha böyük fəlakətlərə gətirib çıxarır. Biz isə inanmaq istəyirdik ki, Moskva bu faktı bildiyinə görə dünyada rus sülhməramlılarına qarşı olan bu mənfi fikri Dağlıq Qarabağda alt-üst etmək niyyətindədir. Amma belə görünür ki, xeyir, onlar əvvəlki formada davam etmək niyyətindədirlər. Buna görə də Azərbaycan Türkiyə ilə bu sahədə olan əməkdaşlığını daha da gücləndirmək məcburiyyətində qalacaq. Türkiyə Ağdamda yerləşən Türkiyə-Rusiya nəzarət mərkəzində müəyyən addımlar atacaq. Amma bu da kifayət etmir. Artıq Azərbaycanın Türkiyə sülhməramlılarının ərazidə yerləşdirilməsi üçün birtərəfli qaydada fəaliyyətə başlaması vacibdir”.
R.Nurullayev Rusiya sülhməramlılarının ərazilərimizdə istehkamlar qurmalarını sərt şəkildə tənqid edib. Millət vəkili Azərbayacan ictimaiyyətinin bu faktın məhz müharibəyə hazırlıq elementi kimi təhlil edilməsini inkar etməyib:
“Rusiyanın sülhməramlı qüvvələri öz missiayasından kənara çıxıb. İstehkam qurmaq müharibəyə hazırlaşmaq deməkdir. İstehkam qurmaq müdafiə olunmaq deməkdir. Rusiya tərəfi bu istehkamlarla bağlı Azərbaycana çox aydın bir izahat verməlidir. Rusiya Azərbaycanın suveren ərazilərində hansı səbəbdən istehkam qurduğunu, səngərlər qazdığını əsaslandırmalıdır. Sülhməramlıların özbaşına harda gəldi nəsə tikib yaratması onların səlahiyyətinə daxil deyil. Azərbaycan elə bir məqama gəlib çıxa bilər ki, sülhməramlı missiayasının sonlandırılması ilə bağlı prosedurlara başlaya bilər. Çünki biz 30 il ərzində ona görə mübarizə aparıb, torpaqlarımızın azad olunmasında qurbanlar, şəhidlər vermədik ki, nəticədə Azərbaycanın müstəqilliyi üçün bir Rusiya təhlükəsi yaransın”.
Millət vəkili Rusiya sülhməramlılarının Rusiya və Ukraynada apardığı istilaçı əməliyyatlarının Qarabağda davam etdirilməsi ilə bağlı səslənən fikirləri məqbul hesab etməyib. O, adıçəkilən ölkələrdə baş verənlərin bizim bölgədə təkrarlanacağını istisna edib:
“Bu barədə radikal fikir söyləyə bilmərik. Amma Rusiyanın ermənipərəst mövqe sərgiləməsi və Dağlıq Qarabağa daha çox erməninin yerləşdirilməsi ilə ermənilərə verilməsi və Azərbaycanın suveren hüquqlarının az keçərli olduğu üçün addımlar atdığı göz önündədir”. /hafta.az/
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”