Naqif Həmzəyev: “Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır”

18:41 14-12-2020 | icon 323 | Siyasət
Naqif Həmzəyev: “Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır”

Xəritələrlə manipulyasiya və səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu göstərir

 

44 günlük haqq, ədalət savaşında məğlub olan işğalçı erməni tərəfinin tör-töküntüləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətməkdə davam edir. Bir tərəfdən isə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni “xəritə” çəkib təqdim edir. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub

 

Versus.Az xəbər verir ki, bunu Rusiya sülhməramlılarının Qarabağda hüdudları aşan hərəkətləri, yeni “xəritə” çəkməsi və özbaşına davranışları ilə bağlı açıqlamasında millət vəkili Naqif Mirzəyev bildirib:

 

“Dağlıq Qarabağda sülhməramlı missiyanın üzərinə götürən Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var. Xatırladaq ki, sülhməramlı missiyanın vəzifələri, funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Məhz buna görə də Rusiya sülhməramlıları fəaliyyətini üzərinə götürdüyü öhdəlikləri çərçivəsində qurmalıdır. Ən əsası isə Azərbaycan torpaqlarında Azərbaycan xalqının maraqları öndə gəlməlidir. Sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılırsa rus sülhməramlıları hansı atəşkəsə nəzarət edir? Erməni yaraqlıları indiyə qədər işğaldan azad edilmiş torpaqlarımızda qalırsa Rusiya sülhməramlıları hara baxır?”

 

Millət vəkili, haqlı mövqeyini müdafiə edən Azərbayca tərəfinin həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə anlaşmanın pozulacağı təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etdiyini xüsusilə önə çəkib:

 

“Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Xəritələrlə manipulyasiya və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu göstərir. Bu da Rusiyanın Azərbaycandakı imicinə zərbə vurur. Rusiya bilməlidir ki, Azərbaycan xalqı Bərdənin, Tərtərin, sərhəd bölgəsindən uzaqda yerləşən Gəncənin, mülki əhalinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu unutmayıb”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr