İqbal Ağazadə Əli Nağıyevə müraciət etdi

10:41 17-12-2020 | icon 302 | Siyasət
İqbal Ağazadə Əli Nağıyevə müraciət etdi

"Bu icra başçısının əməlinə hüquqi qiymət verin, onun xüsusilə şəhid ailələrini, qaziləri aşağılamasına imkan verməyin"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial media üzərindən DTX rəisi Əli Nağıyevə müraciət edib.

 
 
Versus.Az xəbər verir ki, partiya sədri müraciətində Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun Şəhid və Qazi ailələrinə qarşı hörmətsizliyinin tüğyan etməsindən bəhs edib:
 
 
"Tərtər rayon icra başçısı Müstəqim Məmmədovla bağlı dəfələrlə sosial şəbəkələrdə müxtəlif məzmunlu şikayətlərə rast gəlmişəm. Maraqlı məqamlardan biri budur ki, icra başçısından ən çox şikayət edən Şəhid, Qazi ailələridir.
 
Səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə nədən diqqət ayırmır, niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur? Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya Qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir?
 
 
Şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına - Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə - müraciət edirəm:
 
 
Bu icra başçısının əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə onlara layiq insanlar rəhbərlik etməlidir.
 
 
Çoxsaylı şikayətlər, müraciət edən xeyli sakinlər var. Video materiallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr