"Sanksiyanı Trampın imzalaması Türkiyə üçün avontajlıdır"

14:41 17-12-2020 | icon 620 | Geopolitika
"Sanksiyanı Trampın imzalaması Türkiyə üçün avontajlıdır"

Ramiyə Məmmədova: ''Türkiyə S-400 tipli raketlərin istehsalına başlayacaq''

 

Rusiya ilə S-400 sazişində iştirak edən türklərin ABŞ-a giriş-çıxışı qadağan olunub. Həmin insanlar Birləşmiş Ştatlarda maddi vəsaitlərindən də istifadə edə bilməyəcəklər.



Versus.Az xəbər verir ki, "Türkiyə bir ildən çoxdur ki, Rusiyadan S-400 alıb" deyən politoloq Ramiyə Məmmədova Ankara-Vaşinqton problemlərinin də həmin vaxtdan başladığını bildirib.

 

ABŞ-ın Türkiyəyə qarşı sanksiyası barədə danışan politoloq qeyd edib ki, sanksiyanı Trampın imzalaması Türkiyə üçün avontajlıdır:



"Çünki Bayden və Trampın siyasəti yerlə göy qədər fərqlidir. Əgər Bayden Türkiyəyə qarşı sanksiya tətbiq etsəydi, həmin sanksiyalar daha geniş və mürəkkəb olacaqdı. Açığı Türkiyənin Rusiya ilə münasibəti bir az başı bəlalıdır. Türkiyənin 2000-ci ildən sonra öz gücünə qovuşması və dünyanın geosiyasi oyununda yer tutması, sərbəst siyasət yürütməsi nə vaxtsa Ankaranın havadarı olan ABŞ kimi dövləti qıcıqlandırır. Buna görə də ABŞ Türkiyənin nəzarətdən çıxmaması üçün bu cür həmlələr edir".



Ramiyə Məmmədova vurğulayıb ki, mövcud vəziyyətin Türkiyə üçün faydası da var:



"Çünki sanksiya nə qədər çox olsa, Türkiyənin özü özlüyündə bir o qədər inkişafı start götürür. Türkiyə öz istehsalatını artırır. Tarixdə də belə şeylər olub və nəyə embarqo qoyublarsa, həmin sursatı qardaş ölkənin özü istehsal etməyə başlayıb. Elə hazırda Türkiyədə müzakirə olunan əsas məsələlərdən biri də müdafiə sənayesinin gücləndirilməsidir. S-400 tipli sistemlər də Türkiyədə istehsal olunacaq''.



Sanksiya barədə məlumat verən politoloq, bunun təkcə hərbi texnika alışına qadağa ilə məhdudlaşmadığını qeyd edib.



"Bu eyni zamanda, Rusiya ilə S-400 sazişində iştirak edən hər kəsin mal-dövlətinə sanksiyadır. Onlar ABŞ-da öz imkanlarından istifadə edə bilməyəcək və Birləşmiş Ştatlara giriş-çıxışları qadağandır. Yəni bu sanksiya Türkiyə üçün böyük problemlərə yol açmır.


Sanksiya Türkiyə daxilindəki problemləri də üzə çıxardır, partiyalararası fikir ayrılığı və bəzi etirazları nümunə göstərmək olar" deyən Ramiyə Məmmədova  Ağ Evin Türkiyə sanksiyasının güclü iqtisadi təsirlərinin olmadığını əlavə edib. Əlavə edib ki, heç ABŞ dollarının məzənnəsi də türk lirəsinə nisbətdə qalxmadı. /bizim.media/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr