"Az qala 30 ildir siyasi partiyalar narazılıq edirdi" - MÜSAHİBƏ

23:20 17-12-2020 | icon 253 | Siyasət
"Az qala 30 ildir siyasi partiyalar narazılıq edirdi" - MÜSAHİBƏ

Razi Nurullayev: "Cəmiyyətin rifahı üçün təbiətimi konfiqurasiya edə bilirəm"

 

Xəbər verdiyimiz kimi, bir neçə partiyaya dövlət tərəfindən ofis təqdim edilib. Bu partiyaladan biri də deputat Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyasıdır.

 

Versus.Az xəbər verir ki, Partiya sədri müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

 

- Razi bəy, rəhbərlik etdiyiniz Milli Cəbhə Partiyasına dövlət tərəfindən ofis verilib. Bu, həm də sizin partiyanın dövlət tərəfindən ciddiyə alınması anlamına gəlir. Hər partiyaya belə tezliklə ofis verilmir. Siz necə düşünürsünüz?

 

- Biz ciddi və insan resursu olan partiyayıq. Parlamentdə təmsil olunuruq. Müraciət etdik və müsbət qarşılandı. Ofislə tanış oldum, gözəl təmir edilib və şəhərin də gözəl yerində yerləşir. Təqdimat zamanı Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə həm də Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik şöbəsinin bir neçə əməkdaşı da iştirak edirdi. Bu yanaşma məni razı saldı. Çünki az qala 30 ildir ki, bütün siyasi partiyalar narazılıq edir, "Siyasi partiyalar haqqında" Qanunun icra mexanizminin olmadığını söyləyirdi, dialoq adı altında baş altına yastıqqoyma baş verirdi.

Həqiqəti demək lazımdır ki, hörmətli Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə Prezidentin onların qarşısına qoyduğu vəzifəni doğru-dürüst yerinə yetirir. Mənim narazılığım yoxdur. Düz 5 il ofis olmadan fəaliyyət göstərmişik, onlarla məktubla müraciət etmişdik, heç cavab da almamışdıq. Onun üçün də etiraf etmək lazımdır ki, hazırda baş verənlər həm böyük nailiyyət, həm də irəliləyişdir.

Bir məsələni də deyim. Siyasi partiyalar kiçik bir məsələ ilə bağlı belə birbaşa Prezidentə müraciət edirdi. Əslində, bu, yalnız siyasi partiya və təşkilatlara bağlı məsələ də deyil. Qonşu qonşusu ilə dalaşanda, kimsə yardımdan kənarda qalanda, sürüşüb büdrəyəndə belə Prezidentə və Birinci vitse-prezidentə məktub ünvanlayır. Səbəb isə bəllidir, çünki vətəndaşlar çarəsizdir. Yerlərdə və elə mərkəzi hakimiyyət içində vətəndaşlar, təşkilatlar və digərləri haqlı istək və tələblərinə nail ola bilmir. Axı belə olmalı deyil.

Bu yaxınlarda şöbə rəhbəri ilə siyasi partiyaların görüşü oldu, mən də iştirakçı idim. Orada Prezidentlə görüş məsələsi də qaldırıldı. Belə məlum oldu ki, Prezidentin təmsilçisi şöbə müdiridir, o, təmsilçi olaraq hər kəsin tələb və təkliflərinə açıqdır. Doğrudan da belədir. Azərbaycanın siyasi düzənində nizam-intizamın yaranması mənə xoşdur.

 

- Siz kəskin çıxışlar edir və tutarlı tənqidlər səsləndirirsiniz. Dövlət tərəfindən ofislə təminat sizi susmağa məcbur edə bilərmi?

 

- Məni tanıyanlar bilir ki, ədalətli insanam. Ədalətsiz cəmiyyət normal fəaliyyət göstərə bilməz. Hər bir cəmiyyətdə müxalifət də olmalıdır. Ədalət müəllimlə çox görüşlərim olub və biz bu barədə danışmamışıq. Yeni şöbə müxalifəti susdurmaq üçün yaranmayıb, əksinə, siyasi müstəvidə yeni konfiqurasiya yaratmaqla məşğuldur və buna nail ola bilib. Mən cəmiyyətin maraqlarından kənar mövzular üçün susan adam deyiləm, təbiətimdə yoxdur. Bu gün müxalifət cərgəsindəyəmsə, bu fəaliyyətim elə müxalifət kimi də olacaq. Sabah partiyadan gedib başqa bir işlə məşğul olsam və o işim tələb etsə ki, danışmamalıyam, cəmiyyətin marağı naminə bunu da edəcəyəm. Yəni mən təbiətimin əsiri deyiləm. Cəmiyyətin rifahı üçün təbiətimi konfiqurasiya edə bilirəm. Siyasət də bunu tələb edir. Siyasətimdə dəyişməz olan ideallarımdır.

Yeni şöbə ilə əməkdaşlıq və görüşlər bir çoxlarına göstərə bildi ki, cəmiyyətə, ayrı-ayrı adamlara, iqtidara, hər kəsə müxalifətçilik etmək, tənqidi fikirlər səsləndirmək, seçkilərdə mübarizə aparıb iqtidarı udmaq, onun siyasətini tənqid etmək olar, amma dövlətə müxalifətçilik etmək olmaz. Vacib tezis budur: Dövlətə müxalifətçilik olmaz. Dövlət hər kəsindir və toxunulmazdır. Dövlətə müxalifətçilik edənlərin taleyi yaxşı olmur.

 

- Razi bəy, bəzi partiyalar maliyyə imkanlarının olmamasından şikayət edir və partiyaların dövlət büdcəsindən maliyyələşməsi vacibliyini irəli sürür. Sizin münasibətinizi bilmək maraqlı olardı.

 

- Siyasi partiyaların büdcədən maliyyələşməsi "Siyasi partiyalar haqqında" Qanunla tənzimlənir. Büdcədən bütün partiyalara maliyyə ayırmaq mümkün görünmür. Bütün dünyada seçkilərdə alınan səsin faizinə və Parlamentdə təmsilçilik sayına görə maliyyələşmə aparılır. Digər tərəfdən isə partiyaların üzvlərin ianəsi ilə maliyyələşməsi vacib faktordur və biz buna keçməliyik. Bunun üçün isə siyasi sistemə və siyasi partiyalara inamın yaranması vacib şərtlərdən biridir. Buna nail olmaq üçün isə həm də partiyaların ideoloji xətt üzrə fəaliyyət göstərməsi mühümdür.

Əlavə olaraq, siyasi partiyalara pullu şəxsləri, biznesmenləri də dəvət etmək vacibdir. Hələ ki, bunları etmək çətindir. Amma inanıram ki, ölkədə yaranan yeni siyasi konfiqurasiya bu şəraiti də yetişdirməyə yardımçı olacaq. Partiyaya gələnlər onun perspektivinə görə qoşulur. Hazırda isə müxalifətdə olan siyasi partiyaların parlamentdə onlarla yer qazanmaq və seçkilərdə 30-40 % səs almaq imkanları qaranlıq görünür. Yaşayaq görək. Mübarizə davam edir və çox faktorları dəyişə bilərik. /Cebhe.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr