"Bu, muharibə yox, anti-terror əməliyyatı kimi dəyərləndirilməlidir”

09:47 19-12-2020 | icon 361 | Siyasət
"Bu, muharibə yox, anti-terror əməliyyatı kimi dəyərləndirilməlidir”

Fuad Əliyev: "Ermənistan Azərbaycanla yenə də hərb ritorikası ilə danışsa, ordumuz tərəfindən cavabın alacaq"

 

"Onların bu illər ərzində görməli olduğu işi Azərbaycan Ordusu 44 gündə gördü. İllərlə Ermənistana havadarlıq etməklə bu qrup münaqişəni daha da uzatdı".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Kanal-13-ə açıqlamasında bildirib.

 

Partiya sədri qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Minsk qrupu həmsədirləri ilə son görüşündə qeyd etdiyi fikirlər də artıq vaxtın çatdığına işarədir. Fuad Əliyev Minsk qrupunun fəaliyyətinin Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadığını vurğulayıb:

 

"Mən fikirləşirdim ki, onlara deyilən sözlərdən sonra, üzr istəyib gedəcəklər. Ümumiyyətlə, 30 ilə yaxın fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadı. Onların bu illər ərzində görməli olduğu işi Azərbaycan Ordusu 44 gündə gördü. İllərlə Ermənistana havadarlıq etməklə bu qrup münaqişəni daha da uzatdı. Daha öncə də demişəm, yenə deyirəm ki, bu qrupun fəaliyyətindən Azərbaycan imtina etməlidir. Düşünürəm ki, yaxın günlər ərzində Azərbaycan bu addımı atacaq. Çünki indi "Qarabağ münaqişəsi" deyilən heç bir şey yoxdur, ordumuz bu münaqişəyə son qoydu!"

 

Qarabağda ermənilər tərəfindən təxribatların davam etməsi və bunun səbəbinə gəlincə, Fuad Əliyev əslində müharibənin bitdiyini vurğulayıb:

 

"Hesab edirəm ki, Ermənistan ordusunun əsgərlərilə yox, Qarabağın bəzi yerlərdə gizlənən erməni terroristlərlə, hansılar ki, Ermənistan hakimiyyətinin nəzarətindən çıxıblar, onlarla, Azərbaycan Ordusu lokal anti-terror əməliyyatları aparır. Bunun muharibə yox, anti-terror əməliyyatı kimi dəyərləndirilməsi daha düzgün olar.”

 

Ermənistanda etiraz aksiyaları və Paşinyanın istefası tələbinə də toxunan ALDP sədrinin fikrincə, Paşinyan qalsa və yaxud getsə, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Əgər Ermənistanın yeni rəhbərliyi Azərbaycanla yenə də hərb ritorikası ilə danışsa, ordumuz tərəfindən cavab alacaq:

 

"Paşinyan 2 ildir ki, hərb ritorikası ilə danışırdı, nəticəsini hamı gördü. Azərbaycan son 15-20 il ərzində beynəlxalq aləmə sübut edib ki, Qarabağ qədim Azərbaycan torpaqlarıdır və Ermənistan tərəfindən işğal olunub. Biz bunu sübut edə bilməsəydik, müharibə başlayan gündən bizə daha ciddi təpkilər olacaqdı”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr