"Bu, indiki məqamda regiona edilən yersiz səfər idi"
Fuad Əliyev: "Bundan sonra Azərbaycan onların bəyanatlarına əhəmiyyət verməməlidir"
“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Partiya sədri vurğulayıb ki, dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı ilə müzəffər Azərbaycan Ordusu öz gücünü bir daha işğalçı Ermənistana və bütün dünyaya nümayiş etdird:
"Onu da deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümü idi. Zəfər paradından sonra iki ölkə arasında imzalanan sənədlər və dövlət başçılarının mətbuat üçün açıqlamalarında səsləndirdikləri fikirlərlə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi”.
Fuad Əliyevin sözlərinə görə, möhtəşəm paraddan sonra regiona səfər edən ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin diqqətinə də Azərbaycanın regionda yaratdığı yeni reallıqlar çatdırılıb:
“Əslində ATƏT-in Minsk qrupunun həmsədrlərinin indiki məqamda regiona səfərləri yersiz idi. Prezident İlham Əliyevin onlarla görüşdə xüsusi vurğuladığı kimi, rəsmi Bakı onları dəvət etməyib, onlar sırf öz təşəbbüsləri ilə gəliblər. Hətta dövlət başçısı onlara sözlərini kameralar qarşısında deməyi məsləhət görməklə bu səfərin önəmsizliyinə işarə etdi. Çünki 30 ilə yaxındır fəaliyyət göstərməsinə rəğmən, ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Münaqişəni Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun dəmir yumruğu həll etdi. Bu da ATƏT-in Minsk qrupunun lazımsız bir qurum olduğunu göstərdi. Hesab edirəm ki, bundan sonra Azərbaycan onların heç bir bəyanatına əhəmiyyət verməməlidir”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”