“Niyə milləti bu dərəcədə incidib gördüyümüz işlərə kölgə salırıq?” - VİDEO

11:41 21-12-2020 | icon 871 | Siyasət
“Niyə milləti bu dərəcədə incidib gördüyümüz işlərə kölgə salırıq?” - VİDEO

Hafiz Hacıyev: “Səhiyyə Nazirliyi ilə TƏBİB arasında ikitirəlik yaranıb, "5-ci kolon" da... olan da vətəndaşlara olur”

 

COVİD-19 pandemiyası tüğyan edir və TƏBİB bunun səbəbini insanların maska taxmaması, məsafə saxlamaması ilə əlaqələndirir. Amma virusa yoluxmuş xəstənin yaxınlarının əllərində resept aptekləri gəzməsini, dərman tapmmasını, tapanda da od qiymətinə olmasını görməzdən gəlir.

"TƏBİB insanları incidir"

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı canlı yayımda açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev hiddətini gizlətməyib.

 

Partiya sədri TƏBİB-in yaratdığı acınacaqlı durumdan dolayı Səhiyyə Nazirliyinə şükr edilməli olduğunu vurğulayıb:

 

“Axı müharibə hələ qurtarmayıb, davam eliyir. Niyə milləti bu dərəcədə incidib gördüyümüz işlərə kölgə salırıq? TƏBİB xalqa zülm edir. Deyirlər filankəsin adamıdır, dəyməyin, yaxşı dəymədik Ramin Bayramlıya, bəs sonra? Axı xəstə dərman tapa bilmir, ölür. Səhiyyə Nazirliyi ilə TƏBİB arasında ikitirəlik yaranıb, olan da vətəndaşa olur”.

 

Canlı yayımda eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda ermənilərlə birgə yaşayışdan bəhs edilib. Hafiz Hacıyev bu birgə yaşayışın hansı modelinin mümkün olub-olmamasına aydınlıq gətirib. MMP sədri bir qərbi azərbaycanlı kimi sovetlər dönəmindən ermənilərin psixologiyasına yaxşı bələd olduğunu vurğulayıb:

"Məni Xankəndinə icra başçısı göndərsinlər"

“Demək olar ki, ermənilərlə biryerdə böyümüşəm. Mən hətta İrəvanda Olimpiyada iştirak edib qızıl medal almışam. Ermənilərin bütün psixologiyasına bələdəm. Ermənilər olduqca qorxaq millətdir. Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Arvadı, qaynanası, gəlini erməni olan nazirimiz də var, deputatımız da var, siyasətçimiz, məmurumuz və sair. Yəni bunu gizlətmirik. Bu barədə Ali Baş Komandanımız da deyib, ulu öndərimiz Heydər Əliyev də deyib. Yəni bu sirr deyil ki, deyək bunu açarıq, sabah çağırıb bizi izahat alarlar ki, niyə dedin? Mən İrəvanda ermənilərin içində böyümüş bir insan kimi ermənilərin xislətinə yaxşı bələdəm. Onlar qorxaq, bic millətdi. Sənə işləri düşdüsə, hər şeylərindən keçər, hər alçaqlığa gedərlər, amma ayaqları ki, yer aldı, səni tanımazlar, sənə qarşı çıxarlar.

Təbii ki, Ali Baş Komandanımız deyirsə ki, “ermənilər bizim şərtlər altında yaşamaq istəyirlərsə, yaşasınlar, istəmirlərsə çıxıb getsinlər”, bu belə də olmalıdır və biz onun qərarına qarşı çıxa bilmərik. Amma gəlin görək ermənilər bunu qəbul edə biləcəklərmi? Təbii ki, yox”.

 

Hafiz Hacıyev indiki vaxtda ən təhlükəli yer olan Xankəndinə icra başçısı getməyə hazır olduğunu da qeyd edib:

 

“Məni göndərsinlər Xankəndinə, o biri rayonları da birləşdirsinlər, Quberniya kimi nəsə bir şey, mən orda icra başçısı olum, ermənicədə gözəl bilirəm, erməniləri də yaxşı tanıyıram. Orda elə edim ki, hər şey səhmana salınsın. Qorxulu yerdir, orda da rüşvət yoxdur ki, desinlər rüşvət alacaq. Rüşvətalan yerlər qoy burdakılara qalsın. Amma mən o qorxulu yerə gedim. Amma gəlin görək, ermənilərin ordakı o daydayları imkan verəcəkmi birgə yaşayışa? İçimizdəki o xainlər imkan vermiyəcək. İmkan vermirlər ki, Ali Baş Komandan bu böyük şanlı qələbənin möhürünü vursun. İçimizdəki “5-ci kolon”un üzvləri imkan vermir”.

 

MMP sədrinin canlı yayımdakı çıxışını təqdim edirik:

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr