"Özün batırsan, onları da özünlə aparırsan?"

09:57 23-12-2020 | icon 335 | Siyasət
"Özün batırsan, onları da özünlə aparırsan?"

Dinarə Məmmədova: "Gah siyasətdən getdiyini deyir, gah yeni “təyinatlar” edir"

 

"Vətən müharibəsinin ilk günündən çox iddialı olan, sonra məğlubiyyəti qəbul edən və müharibəni Paşinyandan dayandırılmasını yalvaran Araik Arutyunyan gah siyasətdən getdiyini deyir, gah qondarma “dqr”ə yeni “təyinatlar” edir. Görəsən bu özü nə etdiyini başa düşür?"

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

10 noyabr 2020-ci il tarixində üç ölkə rəhbərliyin imzaladığı Bəyanatda hər şeyin aydın yazıldığını vurğulayan Dinarə xanım qeyd edib ki, məlum Bəyanatda nə status haqqında, nə də ki, hansısa bir qurum haqında bir söz deyilmir:

 

"Xankəndində o qondarma “bayrağı”, o əskini endiriblər. Bu gün, sabah Azərbaycan bayrağı Xankəndində yüksələcək. Sən nə danışırsan, ay Araik! Nə vəzifəyə təyin etmək?! Camaatı niyə zibilə salırsan? Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən, sənə bir neçə maddələrlə cinayət işi başlanılıb. İndi özün batırsan, onları da özünlə aparırsan? Sənin azadlıqda olmağa çox az vaxt qalıb. Sən məsuliyyətə cəlb olunacaqsan. Bu məsuliyyət sən Araik Arutyunyan və digər vəzifəli şəxsləri ilə yanaşı onlara qədər Azərbaycan Respublikasına, Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş şəxslərə də aiddir. Cinayət törətmiş, əli azərbaycanlıların qanına batmış, istənilən erməni beynəlxalq məsuliyyətə cəlb ediləcək. Azərbaycan xalqı səni və sənin kimiləri bağışlamayacaq. Hətta Azərbaycan vətəndaşlığını qəbul etsən belə".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr