“60 illik yubileyini hamılıqla təmtəraqlı qeyd edək”
Hafiz Hacıyev: “Mən bu gün özümdən çox razıyam, ona görə ki...”
“Mən bu gün özümdən çox razıyam. Ona görə ki, mənə qarşı Ramiz Mehdiyev başda olmaqla nə qədər güclər təzyiq göstərsələr də, əqidəmdən dönmədim, cənab Prezidentimizin yanında olmaqdan, onun siyasi kursunu dəstəkləməkdən imtina etmədim. Çünki mən yaxşı bilirdim ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı olan İlham Əliyev Azərbaycanını sevən, xalqını düşünən vətənpərvər rəhbərdir. Bu, Vətən müharibəsindəki böyük qələbəmizlə də sübut olundu”.
Bu fikirləri Versus.Az-a Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərini və ürək sözlərini deyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədəri qeyd edib ki, belə bir Lideri, Ali Baş Komandanı olan ölkə, xalq heç vaxt məğlub ola bilməzdi:
“Azərbaycana uzanan caynaqlar birdəfəlik qırıldı. Prezidentimizin çağırışı ilə elə bir birlik yaranıb ki, ölkəmizdə, daha yad əllər, içimizdəki ünsürlər heç nə edə bilməzlər. Biz MMP olaraq ölkəmizin başçısının yanında olduq hər zaman. Onu xainlərdən qoruduq, ona qarşı çirkin siyasət aparanları ifşa edərək zərərsizləşdirdik. Qürurla deyə bilərəm ki, biz Liderimizlə fəxr edirik, daim onun yanında olacağıq, siyasətini dəstəkləyəcəyik”.
Hafiz Hacıyev İlham Əliyevə ürək sözlərini və təbriklərini də çatdırdı:
“Öz adımdan və partiyamızın üzvüləri adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, yeni zəfərlər arzulayıram. Çox istərdim və arzulayıram ki, gələn il Prezidentimizə təbriklərimizi yalnız mətbuat vasitəsilə deyil, pandemiyasız bir həyatda görüşərək çatdıraq, inşallah 60 illik yubileyini hamılıqla təmtəraqlı qeyd edək. Allahdan İlham Əliyevə və onun xanımına, övladlarına cansağlığı arzulayıram”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”