“İlham Əliyevə dövlət uğurları arzulayıram”

08:55 24-12-2020 | icon 352 | Siyasət
“İlham Əliyevə dövlət uğurları arzulayıram”

Fuad Əliyev: “Bir il ərzində iqtidar-müxalifət münasibətlərində müsbət dəyişikliklər baş verib”

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. Bu münasibətlə artıq dekabrın 23-dən istər xarici dövlətlərin rəsmilərindən, istərsə də daxildə, Azərbaycan vətəndaşlarından təbriklər gəlməyə başlayıb. Təbriklərdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə də xoş sözlər yer tutur.

 

Məlum olduğu kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkə başçısının tapşrığı ilə siyasi partiyalarla sıx əməkdaşlığa başlayıb. Demək olar ki, hardasa iqtidar-müxalifət münasibətlərində yaxşılığa doğru xeyli irəliləyişlər var. Hətta Versus.Az-ın əldə etdiyi məlumata görə, bu il Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin ad günündə şöbənin rəsmisi ona Prezidentin təbriklərini çatdırıb. Maraqlıdır, bəs müxalifət partiyasının sədri Fuad bəy ölkə başçısını necə təbrik edəcək?

 

Məsələyə münasibət bildirən ALDP sədri vurğuladı ki, bu hardasa əvəz-əvəz kimi çıxsa da, Prezidentə təbriklərini çatdıracaq:

 

“Bir ildir ki, Prezident Administrasiyasında dəyişikliklər baş verib, yeni rəhbərlik təyin olunub, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Bu bir il ərzində iqtidar-müxalifət münasibətlərində müsbət dəyişikliklər baş verib. Fevral ayından başlayaraq iqtidar-müxalifət dialoqu baş tutub və davam etdirilir. Müxtəlif məsələlərə dair birgə fikir mübadiləsi aparılır. Demək olar ki, bütün bayramlarda dövlət başçısı adından tək mənə yox, yəqin ki, digər partiya sədərlərinə də təbriklər çatdırılır. Qeyd etdiyiniz kimi, onun adından mənə ad günüm münasibətilə təbriklər çatdırılmışdı”.

 

Prezidenti təbrikə gəlincə, Fuad Əliyev ürək sözlərini belə dilə gətirdi:

 

“Həmişə dost məclislərdə dostların şərəfinə bir söz demişəm - “mən özümə nə arzulayıram, onu sizə də arzulayıram” və əlavə edərək deyirəm - “biləsiz ki, özümə ancaq yaxşı şey arzulayıram”.

İlham Əliyev böyük bir missiyanı yerinə yetirdi. Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Özlərini dünyanın aparıcı ölkələri hesab edən bəzi dövlət başçılarının təzyiqlərinə baxmayaraq, əsl qətiyyət göstərdi. Onları Azərbaycanla hesablaşmağa məcbur etdi. Bu çətin və şərəfli işdə İlham Əliyevə dövlət uğurları arzulayıram”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr