Razi Nurullayev: "Neçə illərdir doğum günündə kiçik bir tort kəsir, bu il..."
"Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Neçə illərdir ki, doğum günündə kiçik bir tort kəsir. Bu il nə edəcəyini deyə bilmərəm".
Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin doğum günü ilə bağlı özünün "facebook" hesabında paylaşım edən deputat, MCP sədri Razi Nurullayev bildirib.
Razi Nurullayevin Prezidentin doğum günü ilə bağlı paylaşımını təqdim edirik:
"Bildiyim bir həqiqət var ki, Azərbaycanın əsgər və zabitləri, bu igidləri yetişdirən ailələr ona Qarabağın azadlığını hədiyyə edib. İlham Əliyev həm də özü özünə 30 illik işğalın azadlığını hədiyyə edib.
Bizim siyasi partiya kimi nümayiş etdirdiyimiz milli birlik də bu qələbəyə töhvə verib. Bu da bizim hədiyyəmiz olsun.
Bu gün hər bir vətəndaş, Prezident İlham Əliyev üçün ən gözəl hədiyyə elə Qarabağın Azərbaycan olmasıdır.
Prezident İlham Əliyev, Sizə möhkəm cansağlığı arzulayıram. Doğum gününüz mübarək!"
PƏRİ
Versus.Az