"Cəmiyyət Rusiya sülhməramlılarının fəaliyyətini nəzarətda saxlamalıdır"
Fuad Əliyev: "Əgər qeyri-qanuni addımlar atacaqlarsa, cəmiyyət olaraq qabağını almalıyıq"
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev LAF TV-nın qonağı olub. Verlişdə “Rusiya Qarabağa əlavə qoşunlar göndərir” mövzusunda fikir mübadiləsi aparılıb.
Versus.Az həmin müsahibəni təqdim edir:
Fuad Əliyevin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin sayının artması məsələsi gündəmdə yoxdur:
“Hesab etmirəm ki, bu rəsmi xəbərlərdi. Bu, erməni mətbuatın və Rusiya ermənipərəst qüvvələrin, mətbuatı tərəfindən yayılan təxribat xarakterli xəbərlərdir. Mən rəsmi məlumatlara əsaslanıb fikir bildirmək istəyirəm. Rəsmi məlumatlar ondan ibarətdir ki, bu il noyabrın 10-da, üç ölkə başçısının bəyanatında hər şey öz əksini tapıb. Rusiya sülhməramlı qüvvələrinin 1960 nəfərdən ibarət olduğu qeyd olunub. Bu günə gədər dəyişiklik olunmayıb”.
Bir müddət öncə bəzi siyasətçilərin ermənilərin dekabrın 1-nə qədər üç rayonu boşaltmayacaqları barəfəki fikirlərinin yanlış olduğunun təsdiqləndiyini vurğulayan ALDP sədri həmin ərəfələrdə səsləndirilən fikirə diqqət çəkib:
"Deyirdilər ki, Xankəndındə qondarma “dqr” bayrağı qalıb, endirilməyəcək və s. Amma gördüz ki, yığışdırıldı. İndi də bu təxribat xarakterli xəbərə inanıb, deyirlər ki, Rusiya sülhməramlı qüvvələrin sayı 5 min, 10 min olacaq. Bu qeyri-rəsmi məlumatlardı və bunun heç bir əsası yoxdur. Biz cəmiyyət olaraq, Rusiya sülhməramlı qüvvələrin fəaliyyətini nəzarətda saxlamalıyıq və əgər qeyri-qanuni addımlar atacaqlarsa, cəmiyyət olaraq qabağını almalıyıq. Necə ki, məlum xəritənin qabağını aldıq. Cəmiyyət etiraz edərək xəritəni dəyişməyi məcbur etdi. Müharibə qurtarıb deyib rahat oturmaq lazım deyil. Əksinə, biz indi də, cəmiyyət olaraq bir olmalıyıq və bütün yaranan problemlərə etirazımızı bildirməliyik. Cəmiyyət olaraq biz edirik, yaxşı olardı ki, hakimiyyətin rəsmiləri də, bu və cəmiyyəti narahat edən digər problemlərlə bağlı açıqlamalar versinlər”.
Azərbaycan 92-95-ci illərin Azərbaycanı olmadığını vurğulayan Fuad Əliyev bildirib ki, güclü Ordumuz var və burada Türkiyə faktorunu da yaddan çıxartmaq lazım deyil:
"Türk hərbçiləri Azərbaycandadır. Onların böyük dəstəyi var və olacaq. Bəzilər deyirlər ki. rus sülhməramlılar çıxmayacaqlar. Necə yani çıxmayacaqlar? Bizə lazım olanda çıxacaqlar. Rusiya prezidenti Putinin bir neçə dəfə bəyan etdiyi sözlərə qayıdıram - Qarabağ Azərbaycan ərazisidir. Hesab edirəm ki, bizim soydaşlarımız Qarabağa qayıdandan sonra, 2-3 ilə bu sülhməramlılara ehtiyac qalmayacaq. Hamını bu məsələdə səbirli, təmkinli olmağa çağırıram. Biz istədiyimiz kimi olacaq”.
Bəzi mətbuat orqanların Qarabağın status məsələni gündəmə gətirilməsinə münasibət bildirən Fuad Əliyev bunu bildirdi:
“Bunu etmək olmaz. Dövlət başçısı İlham Əliyev status məsələsilə bağlı bir neçə dəfə aydınlıq gətirib. Birmənalı olaraq bildirib ki, status məsələsi yoxdur və olmayacaq. Bu məsələ bitib. Ona görə bəzi mətbuat nümayəndələrin bu məsələni gündəmə gətirməsi, çox ziyanlıdır”.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”