XİN-dən SƏRT REAKSİYA

13:23 25-12-2020 | icon 251 | Siyasət
XİN-dən SƏRT REAKSİYA

Daha bir ölkənin parlamenti Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi

 

Dünən Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib.

 

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

 

Qeyd edilib ki, Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür:

 

“Qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir.

 

Lüksemburq qanunverici qurumunun üzvləri əgər bölgənin, o cümlədən Ermənistanın gələcəyini düşünsəydilər, o zaman 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, bölgədə sülh, təhlükəsizik və rifahın yaradılması üçün yeni əməkdaşlıq imkanlarından faydalanmaq fikirlərini təşviq edərdilər.

 

Görünən isə odur ki, Lüksemburq Parlamentini bölgədəki uzunmüddətli münaqişənin həlli, BMT TŞ qətnamələrinin həyata keçirilməsi, onilliklərdir fundamental hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpa olunması ilə yaranmış yeni vəziyyətlə yox, bölgə dövlətləri arasında ədavətin alovlandırılmasında maraqlıdır.

 

Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr