"Statusla bağlı məlumatların yayılması təxribatdır"
Fuad Əliyev: "Əgər belə bir məlumat olarsa, rəsmilər bu barədə ciddi məşğul olmalıdır"
Rusiyanın müxtəlif formalarda Qarabağın status məsələsini vaxtaşırı gündəmə gətirməsi Azərabaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Belə ki, Armeniya Sputnikə açıqlama verdiyi iddia olunan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik"- fikirləri ilə növbəti qığılcımı yaradıb.
Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən ALDP sədri Fuad Əliyev bildirib ki, statusla bağlı məlumatların yayılması təxribatdır.
Partiya sədri Rusiya saytlarında Matviyenko dediyi iddia olunan fikirlər haqqında rəsmi xəbərə rast gəlmədiyini deyib:
“Məlumatı “Sputnik Armeno” “Rusiya İA”- istinadən yayıb. Bundan qabaq da Rusiya Müdafiə Nazirliyində Qarabağın yeni xəritəsi çəkilmişdi. Bu onu göstərir ki, bütün bu məlumatlar təxribat xarakterlidir, Azərbaycan cəmiyyətini parçalamağa yönəlib. Əgər belə bir məlumat olarsa, rəsmilər bu barədə ciddi məşğul olmalıdır. “Sputnik Armeno”nun qondarma xəbəri erməni cəmiyyəti üçün hesablanıb. Mən yenə də İlham Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “status-kvo məsələsi bitib, yoxdur ststis –kvo””.
Cəmiyyətimizin belə xəbərlərə reaksiya verməli olduğunu deyən partiya sədri, bunların yalan, təxribat məqsədli olduğunu da anlamalı və buna görə davranmalıdır:
“Cəmiyyətimiz belə xəbərləri əsas götürüb parçalanmamalıdr. Bir olmalı və belə xəbərlərə münasibətini bildirməlidir”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”