"Milli birliyimizi ortaya qoyub duruş gətirməliyik"

21:17 25-12-2020 | icon 504 | Siyasət
"Milli birliyimizi ortaya qoyub duruş gətirməliyik"

Hafiz Hacıyev: "5-ci kolonun qalıqları Azərbaycanda həbs olunmalı, təcrid edilməlidirlər"

 

Xəbər verildiyi kimi, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu günlərdə "Armeniya Sputnik"ə açıqlamasında səsləndirdiyi "çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik"- fikirləri ictimaiyyətdə narazılıqla qarşılanıb.

 

Məsələylə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev hesab edir ki, bu, Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi təzyiq elementidir.

 

Partiya sədri bildirib ki, Rusiya özünün çirkin əməllərini ortaya qoymağa başlayıb. Onun sözlərinə görə, Matviyenkonun bu cür fikirləri Amerikadan, Fransadan dəstək istəməsi Azərbaycan dövlət başçısının fikirlərinə ziddir:

 

“Dövlət başçısı dedi ki, status yoxdur, status cəhənnəmə-gora gedib. Rusiya Qafqazda ordusunu gücləndirmək istəyir. Ordusunun Əbülfəz bəyin vaxtında Azərbaycandan çıxarılmasını həzm edə bilmirdi. Onlar ideoloji müharibəyə keçiblər. Sülhməramlılar 42 min quldur gətirib, terrorçu partizanları rayonlara göndəriblər. Bunların bu təxribatları olacaq. Biz siyasi partiyalar olaraq bu məsələdə milli birliyi ortaya qoyub duruş gətirməliyik. Matviyenko elə belə çıxış etməyib, onun fikri dövlətin fikridir".

 

Hafiz Hacıyev qeyd edib ki, Matviyenko kimiləri hələ çox sərsəm fikirlər səsləndirəcək:

 

"Ona görə də biz daxildə başladığımız birliyimizi möhkəmləndirməli, Ali Baş Komandanın ətrafında sıx birləşməliyik ki, dövlətimizə uzanan çirkli əllər havada qalsın. Həmişə demişəm, yenə deyirəm, 5-ci kolonun qalıqları Azərbaycanda həbs olunmalı, təcrid edilməlidirlər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr