“Ermənipərəst qüvvələrin xəbərləri bizim üçün mühüm xəbər olmamalıdır” - MÜSAHİBƏ
Fuad Əliyev: "Cəmiyyət olaraq öz sözümüzü də deməli, düşmənin yalanlarına uymamalıyıq"
Hökumətin siyasi partiyalara verdiyi dəstək fonunda hazırda iqtidar-müxalifət dialoqunda yeni bir mərhələnin başladığı vurğulanır. Siyasi gündəmin uzun illər müzakirə mövzusu olan iqtidar-müxalifət dialoqunun baş tutduğu bildirilir. Bu mühit Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı əks hücuma keçdiyi ərəfədə tarixə düşən 44 günlük müharibədə xüsusilə inkişaf etdi.
Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən ALDP sədri Fuad Əliyev maraqlı nüanslara toxunub.
- Fuad bəy, bir çox partiyalar artıq ofis-qərərgahla təmin olunub. Bu, hökümətin müxalifətə münasibətində, iqtidar-müxalifət dialoqdunda hansı göstəricidir və bu münasibətlər sistemi nə dərəcədə qaneedicidir?
- Bəli, təxminən ötən il noyabr ayında Prezident Admnistrasiyasında kadr islahatı baş verdi. Struktur dəyişikliyindən sonra Prezident Admnistrasiyasında Siyasi partiyalar və qanunvericilik şöbəsi yarandı. Və bu il fevral ayında həmin şövənin rəhbəri, hörmətli Ədalət Vəliyevlə ilk görüşümüz oldu. Və elə fevral ayından başlayaraq demək olar ki, iqtidar-müxalifət dialoquna start verildi. Hesab edirəm ki, pandemiyaya baxmayaraq, dialoqun qurulması çox uğurlu alındı və inkişaf etməkdə davam edir. Hörmətli Ədalət Vəliyevlə görüşlərimizdə çox uğurlu fikir mübadilələri aparmışıq. Görüşlər zamanı partiya olaraq bir sıra təkliflər irəli sürmüşük. Çox müsbət haldır ki, bizim partiyamızın verdiyi təkliflərin bir neçəsi həyata keçirilib. Eləcə də il ərzində bir neçə videokonfrans şəklində görüşlərimiz oldu. Bu cür görüşlərdə 50 dən çox partiya iştirak edib. Bu görüşlərin nəticəsi olaraq siyasi partiyaların sayı çoxalıb. Bu il təxminən 8 partiya qeydiyyatdan keçib. Siyasi partiyaların dövlət hökumət tərəfindən ofislə təmin olunması qanunla nəzərdə tutulan məsələdir. 27 il ərzində bu qanun işləmirdi və biz özümüz də buna görə çoz əziyyət çəkmişik. Artıq noyabr-dekabr aylarında yayılan məlumatlara görə 15 partiya ofislə təmin olunub. Əlbəttə ki, siyasi partiyalarla bağlı prosesin bu cür inkişafı çox müsbət haldır. Siyasi partiyalara geniş imkanlar yaradıldı. Əvvəllər belə imkanlar yox idi. Biz özümüz ofis məsələmizi hələ bir neçə il qabaq Dövlət Əmlak Komitəsinə müraciət edəndən sonra, məhkəmə vasitəsi ilə həll edə bildik.
Bu bir il həm dialoqun baş tutması, həm ofislərin verilməsi, siyasi partiyaların dövlət televiziyalarında çıxışları ilə müşahidə olundu. Bunlar çox müsbət haldır. Hesab edirəm ki, bu inkişaf iqtidar-muxalifət dialoqundan sonra baş tutdu.
- 44 günlük müharibəni qalibiyyətlə başa vuran Azərbaycan bu gün ona qarşı yönələn informasiya müharibəsində vuruşur. Azərbaycana qarşı təzyiq, təsirlər var. Belə bir şəraitdə əldə etdiyimiz birliyi qorumaq üçün syasi partiyaların öhdəsinə hansı vəzifələr düşür?
- Böyük vətən müharibəsi bizim qələbəmizlə başa çatıb. Amma regiondakı cərəyan edən proseslər bizim bundan sonra daha ayıq olmamızı tələb edir. Biz rahat oturmamalıyıq. Diplomatik mustəvidə mubarizə aparılmaqla yanaşı, siyasi-ictimai təşkilatlar da öz fəaliyyətləri daxilində mübarizəsini davam etdirməlidir.
Məlum məsələdir ki, üçtərəfli bəyannaməyə əsasən erməni silahlıları dekabrın birinə qədər torpaqlarımızdan çıxmalı idi. Lakin hadisələrin gedişi göstəriri ki, dekabrın birindən sonra bir qrup ermənilər bu qərara uymurlar. Onlara qarşı antiterror əməliyyatları aprılmalıdır və hesab edirəm ki, bu əməliyyatlar lokal şəkildə aparılır. Real vəziyyətə uyğun olaraq rahat oturmamalıyıq. Bu gün Azərbaycana qarşı informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində ermənilərin təxribatcı, qıcıq doğuran məlumatları ilə tez-tez rastlaşırıq. Düşmənin təxribatlartına qarşı soyuqqanlı yanaşmaqla cavabları layiqincə verilməlidir və verilir. Nəzərə almaq lazımdır ki, qonşu Rusiyada erməni və ermənipərəst qüvvələr, ermənipərəst mətbuat çoxluq təşkil edir. İctimaiyyət, cəmiyyət olaraq ayıq olmalı və informasiya müharibəsində əldə etdiyimiz uğurları daha da çoxaltmalıyıq. Siyasi partiyalar olaraq bu işdə fəallıq göstərməliyik. Bizim partiya 44 gün ərzində beynəlxalq təşkilatlara müharibə ilə bağlı çoxsaylı məlumatlar göndərmişdi. Biz bu fəaliyyəti indi də davam etdiririk. Hazırda işğaldan azad olunan torpaqlar, ərazilərin bərpa olunması ilə bağlı məlumatları yayırıq. Ermənilər öz təxribatlarını davam etdirirlər. Ona görə də beynəlxalq təskilatlarla əlaqəsi olan partiyalar bu işlə məşğul olmalıdır. Qarabağda yaşayan soydaşlarımız öz evlərinə qayıdana qədər daima bu məsələləri gundəmdə saxlamalıyıq. Çünki bizim mənfur qonşumuz olan Ermənistan özünün bu məğlub vəziyyəti ilə barışmaq istəmir. Azərbycan cəmiyyəti ilk növbədə 44 gün ərzində qurduğu Birliyi bu gün də qorumalıdır. İstər Rusiya, istər Fransa, Amerikadan yayılan erməni və ermənipərəst qüvvələrin xəbərləri bizim üçün mühüm xəbər olmamalıdır. Çünki o xəbərlərin hansı məqsədlə yayıldığını bilirik. Amma bununla yanaşı biz cəmiyyət olaraq öz sözümüzü də deməli, düşmənin yalanlarına uymamalıyıq.
- Bu gərgin ərəfədə Azərbaycana qarşı yönlən xarici qüvvələrin daxilimizə nüfuz edərək öz maraqları naminə ölkə siyasətinə təsir göstərdiyi qeyd olunur. Bir çox siyasilər, ictimaiyyət nümayəndəlləri həmin qüvvələrin “5-ci kolon” tərəfindən idarə olunduğunu iddia edir. Hazırki vəziyyətdə bu kolonun təsir gücünü necə dəyərləndirirsiz?
- Bəli, “5-ci kolon” deyilən qüvvələr mövcuddur. Bu təkcə Rusiyada deyil, həm də Fransadan bizə yönələn təzyiq elementləri ilə özünü göstərdi. 44 gün ərzində Fransa hökumətinin erməniləri necə müdafiyə etdiklərini gördük. Əgər Rusiya dövlət nümayəndəlikləri bu məsələdə neytrallığı bir qədər qorusalar da, Fransa rəhbərliyi açıq şəkildə ermənilərin tərəfində duraraq Azərbaycanı işğalçı dövlət kimi adlandırdılar. Amerikanın SOROS fondunun numayəndələri də erməni mövqeyindən çıxış edir. Bu qüvvələrin nümayəndələri Azərbaycanda da var. Bəziləri xarici ölkələrədən idarə olunur. Mən hesab edirəm ki, bu qüvvələrin qarşısını yalniz cəmiyyətin bütövlüyü, vahidliyi bir yumruq kimi birləşməsi ala bilər. Bunlar bizim dövlətə qarşı daim məkirli planlar işləyəcəklər. Onlar hökumətin hansısa üzvünə deyil, Azərbaycan dövlətinə qarşıdırlar. Biz Qarabağ muharibəsində necə birləşmişiksə, o birliyi saxlamalıyıq. Biz 44 gün ərzində göstərdik ki, cəmiyyət bu məsələdə bütövdür. İstənilən qüvvələr bilməlidir ki, dövlətin müstəqillik məsələsi ortaya çıxarsa, cəmiyyət bütövləşəcək, öz gücünü göstərəcəkdir. Bu mənada siyasi partiyalar daim belə qüvvələrə qarşı öz sözünü deməlidir. Lakin elə edilməlidir ki, belə hallar cəmiyyətdə parçalanmaya səbəb olmasın. Artıq qərarı verilən məsələlər gündəmə gətirilmədən müzakirə olunmalıdır. Məsələn, Qarabağın status məsələsi də tez-tez ATƏT-in Minsk qrupunda olan dövlətlərin hökumətləri, mediasında önə çəkilir. Bu, Azərbaycan cəmiyyətində qıcıq doğurur. Təbii ki, cəmiyyət buna öz reaksiyasını verməlidir. Amma parçalanmadan, daha monolit şəkildə. Biz anlamalıyıq ki, Prezident bu barədə öz fikrini dünyaya bildirib. Prezident deyib ki, “status-kvo” yoxdur! Biz məhz bu ideyanın ətrafında daha da birləşməliyik.
- Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik"- deyə regionda növbəti qığılcımı yaratdı.
- Rusiya saytlarında Matviyenko dediyi iddia olunan fikirlər haqqında rəsmi xəbərə rast gəlməmişəm. Məlumatı “Sputnik Armeno” “Rusiya İA”- istinadən yayıb. Bundan qabaq da Rusiya Müdafiə Nazirliyində Qarabağın yeni xəritəsi çəkilmişdi. Bu onu göstərir ki, bütün bu məlumatlar təxribat xarakterlidir, Azərbaycan cəmiyyətini parçalamağa yönəlib. Əgər belə bir məlumat olarsa, rəsmilər bu barədə ciddi məşğul olmalıdır. “Sputnik Armeno”nun qondarma xəbəri erməni cəmiyyəti üçün hesablanıb. Mən yenə də İlham Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “status-kvo məsələsi bitib, yoxdur ststis-kvo. Cəmiyyətimiz belə xəbərlərə ciddi reaksiya verməli deyil. Hər kəs bunların yalan, təxribat məqsədli olduğunu anlamalı və buna görə davranmalıdır. Cəmiyyətimiz belə xəbərləri əsas götürüb parçalanmamalıdr. Bir olmalı və belə xəbərlərə münasibətini bildirməlidir.
T.Qafarlı
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”