Xankəndidə Mer olmaq istəyən siyasətçi
Hafiz Hacıyev: “Mən Xankəndidə Mer olsam, Qarabağ ermənilərini öz bildikləri dildə başa salacam ki..."
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xankəndi şəhərinin meri olmaq istəyir.
Versus.Az xəbər verir ki, partiya sədri bu barədə “Space” TV-nin “Qırmızı xətt” verilişindəki çıxışı zamanı bildirb.
Hafiz Hacıyev deyib ki, ondan başqa heç kim Xankəndidə yaxşı qayda-qanun yarada bilməz. O, Xankəndidə yaşayan ermənilərin dilini özündən yaxşı heç kimin bilmədiyini iddia edib:
“Mən Qarabağ ermənilərini öz bildikləri dildə başa salacam ki, əgər bizimlə yanaşı yaşayırsınızsa yaşayın, yaşamaq istəmirsinizsə, öz xoşunuzla buranı tərk edib gedin”.
Hafiz Hacıyev hazırda Xankəndidə məskunlaşan separatçı tör-töküntünün başçısı Araik Arutunyan və onun əlaltılarından qorxmadığını, onların öhdəsindən gələ biləcəyini qeyd edib:
“Mən ermənicə də yaxşı bilirəm və qısa zamanda Xankəndidə qayda-qanun yarada bilərəm”.
Hafiz Hacıyev Xankəndi şəhər İcra Hakimiyyətinə rəhbər göndərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib:
“Mən ölümdən qorxmuram və təşkil edib məni göndərsinlər Xankəndiyə”. /Konkret.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”